sonnoqte.az
Xəbər başlıqları
  • 13:36 – Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni 
  • 19:09 – Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video 
  • 14:05 – Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub 
  • 11:26 – Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar 

10 yaşlı Nərminin qətlində şünhəli bilinən İlkin Süleymanovdan xəbər var

5-05-2021, 09:47 283 dəfə baxılıb

10 yaşlı Nərminin qətlində şünhəli bilinən İlkin Süleymanovdan xəbər var


Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə ibtidai sitintaq başa çatıb.
“Ölkə.Az” xəbər verir ki, cinayət işinin matetrialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO