sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Ukraynaya görə ciddi qalmaqal: Mask nazirə "balaca adam" deyərək hədələdi

10-03-2025, 10:25 4 dəfə baxılıb

Ukraynaya görə ciddi qalmaqal: Mask nazirə "balaca adam" deyərək hədələdi


ABŞ dövlət katibi Marko Rubio, milyarder İlon Mask və Polşanın xarici işlər naziri Radoslav Sikorski arasında qalmaqal yaşanıb.

“reuters” xəbər verir ki, nəticədə ABŞ dövlət katibi Marko Rubio Polşanın xarici işlər naziri Radoslav Sikorskini uydurmaçılıq və nankorluqda ittiham edib. 

Ağ Ev bu yolla Kiyevə təzyiq edib ən mühüm mineral ehtiyatlarına çıxış imkanı əldə etmək istəyir. 

Belə ki, Mask bazar günü özünün X sosial media platformasında yazdığı bir yazıda qeyd edib ki, əgər “Starlink”i söndürsə, Ukraynadakı bütün cəbhə xətti məhv olacaq. 

Polşa xarici işlər naziri Sikorski bazar günü Maskın bu açıqlamasına X-də cavab verib: "Ukraynanın “Starlink”dən istifadəsi üçün Polşa Rəqəmsallaşma Nazirliyi tərəfindən ildə təxminən 50 milyon dollar ödənilir".

O əlavə edib ki, təcavüz qurbanını hədələmək etikasından başqa, əgər “SpaceX” etibarsız təchizatçı olduğunu sübut edərsə, biz başqa təchizatçılar axtarmağa məcbur olacağıq. 

ABŞ dövlət katibi Rubio Sikorskiyə X-də cavab verərək onun dediklərini uydurma olduğunu və heç kimin Ukraynanı “Starlink”i kəsməklə hədələmədiyini qeyd edib. 

"Çox sağ ol deyin ki, əgər “Starlink” olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar hazırda Polşa ilə sərhəddə olardılar", - Rubio əlavə edib. 

Mask daha sonra X sosial media platformasında Rubionun şərhlərinin "tamamilə doğru" olduğunu yazıb. 

Başqa bir mesajında Mask bunları qeyd edib: “Sakit ol, balaca adam. Siz dəyərin yalnız bir hissəsini ödəyirsiniz. “Starlink” isə heç nə ilə əvəz edilə bilməz”.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü “Reuters”ə bildirib ki, “Starlink” xidmətlərinin göstərilməsi ABŞ tərəfindən xeyriyyəçilik aktı deyil və Polşa bunun üçün pul ödəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO