sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

Almaniyada siyasi böhran: Hökumət və parlament yenidən qurula bilər

16-12-2024, 08:54 59 dəfə baxılıb



Bundestaq (Almaniya Federativ Respublikası Parlamenti) növbədənkənar iclasında Almaniya kansleri Olaf Şoltsa etimad məsələsi ilə bağlı debat və səsvermə keçirəcək.

“Report” xəbər verir ki, hökumət başçısı parlamentdə 25 dəqiqəlik çıxış edəcək, ardınca isə təqribən iki saatlıq fraksiyalararası müzakirələr aparılacaq.

Sonra səsvermə baş tutacaq. Şolts, konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, dekabrın 11-də etimad səsverməsi üçün parlamentə yazılı müraciət göndərib.

Onun Bundestaqa gəlişi ilə müzakirə və səsvermə arasında ən azı 48 saat keçməlidir ki, parlamentarilərin qərar qəbul etmək üçün kifayət qədər vaxtı olsun. Parlamentdə kanslerin öz xahişinin əsaslandırmasını təfərrüatlı şəkildə açıqlaması və ölkənin mövcud daxili siyasi şəraitdə tutmalı olduğu gələcək yolu göstərməsi gözlənilir.

Deputatlar Bundestaqda qüvvələr nisbətini nəzərə alaraq Şoltsa etibar etməkdən imtina etsələr, qanuna görə, Almaniya prezidenti 21 gün ərzində kanslerin təklifi ilə parlamenti buraxmağa borclu olacaq.

Şolts daha əvvəl müvafiq təkliflə dövlət başçısı Frank-Valter Ştaynmayerə müraciət edəcəyini bildirib. Bundestaqın buraxılmasından sonra 60 gün ərzində yeni seçkilər keçirilməlidir.

Prezident artıq 2025-ci il fevralın 23-də növbədənkənar seçkilərin mümkün keçirilməsini təsdiqləyib. Onların nəticələrinə əsasən yeni hökumət formalaşacaq, yeni kansler seçiləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO