sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Putindən Əsədə gözlənilməz cavab: Ərdoğan-Putin danışığının pərdəarxası

4-12-2024, 12:24 15 dəfə baxılıb

Putindən Əsədə gözlənilməz cavab: Ərdoğan-Putin danışığının pərdəarxası


Moskva Suriya müxalifəti və Azad Suriya Ordusunun Əsəd rejiminə qarşı və PKK/YPG terrorçularının yerləşdirildiyi bölgələrin ələ keçirilməsi istiqamətində həyata keçirdiyi əməliyyatların qarşısını almaq üçün Dəməşqə istədiyi hərbi dəstəyi vermir və bu aydın şəkildə müşahidə edilməkdədir.  Hətta Vladimir Putin Bəşər Əsədlə Moskvada görüşündə onun təkidli xahişini yerinə yetirə bilməyəcəyini və ancaq məhdud səviyyədə dəstək veriləcəyini bildirib. Bir sözlə, Moskva son hadisələrə qoyuq münasibət bəsləyib. Hətta Putin Əsədi Moskvada bir gün gecikdirdikdən sonra qəbul edib. Necə deyərlər,  gözləntiləri doğrulmayan  Əsəd Moskvadan əliboş geri dönüb.

Suriyadakı böhranla bağlı belə bir mövqe sərgiləməsi Moskvanın problemin siyasi həllinə nail olmaq niyyətindən xəbər verir.

Kremlin Suriyadakı son hadisələrə soyuq münasibət bəsləməsini şərtləndirən amillər isə bunlardır.

Birincisi, Moskva Rusiya-Ukrayna müharibəsindən sonra hərbi texnikasının böyük hissəsini Suriyadan çıxarmasıdır.

İkincisi, Suriyada yeni bir cəbhə açmaqla Ukrayna cəbhəsini zəiflətməmək.  Hazırda Kiyev Moskva üçün Dəməşqdən daha önəmli məsələdir. 

Üçüncüsü, Əsəd rejiminin  uzun müddət hakimiyyətini qoruyub saxlayacağının qeyri-mümkün olduğunu anlayır. Artıq Əsəd rejimin hakimiyyətinin qorunması üçün xarici imkanlarla yanaşı, daxili imkanlar da  yetərincə tükənib. Əsəd rejimini qoruyan Moskva ilə yanaşı, Tehranın da bölgədə təsir imkanları yetərincə zəifləyib və sıradan çıxarılıb. Tehran istəsə belə, Əsəd rejiminə lazımi dəstəyi verə bilməyəcək.Bu mümkün deyil.

Burada bir məqam da ondan ibarətdir ki, Əsəd rejimi devriləcəyi zaman Moskva hansısa formada qoruyub saxlamaq imkanları istisna deyil. İrandan fərqli olaraq  Rusiyanın bölgədə hələ də yetəri səviyyədə hərbi  mövcudluğunu qoruyub saxlamaqdadır. Bunu Suriyadakı oyunçular da yaxşı görür. Regional oyunçular Əsəd rejimindən sonra proseslərin ağrısız  getməsi üçün ən azından  müəyyən keçid dövrü üçün Rusiyanın maraqlarını təmin edə bilərlər.  
İranın Əsəddən sonra bölgədə maraqlarını saxlaya bilməməsinin əsas səbəbi isə əsas regional oyunçuların Tehranı bölgədə görmək istəməmələridir. Məhz Suriya və Yaxın Şərqdəki böhranın  əsas səbəblərində biri də elə İranın bölgədən sıxışdırılıb çıxarılmasıdır. 
Bunları görən və anlayan Moskva bölgədə maraqlarını qoruyub saxlamaq üçün alternativlər axtarışındadır. 
Bunun üçün də Moskva məhdud səviyyədə olsa da,  Suriyadakı imkanları daxilində Əsəd rejiminə  dəstək verməklə istəyinə nail olmaq istəyir. Bununla Moskva bölgədəki maraqlarından vaz keçməyəcəyini, həm də Əsəd rejimi devriləcəyi təqdirdə,  Suriyada formalaşacaq  hakimiyyətlə əməkdaşlıq  etməyə hazır olduğu mesajını verir. 

Hesab edirəm ki, Moskva Türkiyə və İsrailin dəstəyi ilə bu maraqlarını bölgədə təmin edə bilər. Dekabrın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezdenti Vladimir Putin arasında baş tutan telefon danışığında Suriyanın gələcəyi, Əsəd rejimi devrildikdən sonrakı  mərhələdə tərəflərin hansı formada əməkdaşlıq məsələlərin müzakirə edildiyi istisna deyil. İki ölkə lideri arasında baş tutan danışığı elə bu cür oxumaq daha düzgün olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO