sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:10 – Prezident dövlət qulluqçularının maaşları ilə bağlı FƏRMAN İMZALADI 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 

Məsud Pezeşkian: ABŞ ilə toqquşmamız qaçılmazdır

13-11-2024, 09:42 67 dəfə baxılıb

Məsud Pezeşkian: ABŞ ilə toqquşmamız qaçılmazdır


İran bütün dünya ölkələri ilə əlaqələri gücləndirmək arzusunda olsa da, ancaq ABŞ ilə regional və beynəlxalq müstəvidə toqquşması qaçılmazdır.

"Tasnim" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Tehranda İranın bir qrup keçmiş xarici işlər naziri ilə görüşdə deyib.

“Daxili problemləri həll etmək və ölkəni inkişaf etdirmək üçün bizə daxili məsələləri həll etməklə yanaşı, beynəlxalq əlaqələr qurmaq, gərginliyi aradan qaldırmaq, regional və dünya ölkələri ilə qarşılıqlı fəaliyyət və ünsiyyət şəraitini yaxşılaşdırmaq lazımdır”, - o əlavə edib.

ABŞ ilə münasibətlərə gəldikdə Pezeşkian bunları qeyd edib:
“Hesab edirəm ki, ABŞ ilə əlaqələrin qurulmasını  istəyib-istəməməyimizdən asılı olmayaraq, sonda regional və beynəlxalq arenada bu ölkə ilə toqquşmalı olacağıq. Ona görə də bu sahəni özümüz idarə etməyimiz daha yaxşıdır”, - İran prezidenti bildirib.

Pezeşkian qeyd edib ki, onun administrasiyası bütün dünya ölkələri, o cümlədən Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsinə sadiqdir:
“Avropa ölkələri ilə danışıqlar davam edir, lakin İsrail son yaramaz hərəkətləri ilə bu istiqamətdə vəziyyəti pozmağa və mürəkkəbləşdirməyə çalışıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO