sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Türkiyə niyə Öcalanı azad etmək istəyir?

31-10-2024, 12:00 20 dəfə baxılıb

Türkiyə niyə Öcalanı azad etmək istəyir?


Abdullah Öcalanla bağlı bir çalışma var idi və demək olar ki, bu, Rəcəb Tayyib Ərdoğanın layihəsidir. Amma bunun qarşıdurmalarda şəhid olan insanların yaxınlarına necə izah olunacağı sual doğurur. Baxmayaraq ki, seçki kampaniyası zamanı Ərdoğan kürd hərəkatının nümayəndələri qarşısında çıxış edərkən müxalifəti separatçılıqda ittiham edib. İndi isə Abdullah Öcalanın parlamentdə çıxış etməsi planlaşdırılır.

Bu sözləri Axar.az-a türkiyəli siyasi analitik Engin Özər Abdullah Öcalanın PKK terror təşkilatını buraxacağı təqdirdə azad olunacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Öcalanın azad olunması indiki məqamda mümkün görünsə də, uğurlu gediş sayılmaz:

"Bu, əslində çox yaxşı işləyəcək bir strategiya deyil. Öcalanın PKK üzərində o qədər də təsiri yoxdur. Türkiyədəki ekspertlər bunun uğurlu olacağını proqnozlaşdırmırlar, bu, uğurlu ola biləcək bir siyasət deyil. Türkiyə buna bənzər bir şey etmişdi və nəticədə daxildə qarşıdurma yaranmışdı. Buna baxmayaraq, Öcalan azad oluna bilər. Çox güman ki, o, əvvəlcə ev dustaqlığına buraxılacaq, sonra azad ediləcək" .

Özər qeyd edib ki, Öcalanın azadlığı kürd dövlətinin tanınması kimi yozula bilər:

"Onun azad edilməsi əslində Suriyanın şimalındakı kürd bölgəsinin tanınması deməkdir. Bu yolla Türkiyə həm İraqda, həm də Suriyada faktiki kürd dövlətini tanıyacaq. Bunun Fətullah Gülənin ölümü ilə heç bir əlaqəsi yoxdur. O, artıq siyasi cəhətdən ölü idi və hakimiyyətə heç bir təsiri yox idi. Hökumətin bu siyasəti İran-İsrail münaqişəsi ilə bağlı ola bilər. Bu, Yaxın Şərqdə münaqişələrin daha bir neçə il davam edəcəyi gözləntiləri ilə edilir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsinə dair təklifini dəstəkləmiş, bunu "tarixi fürsət" kimi dəyərləndirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO