sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

Ukrayna PUA-ları Tatarıstana hücum edib

2-04-2024, 09:40 110 dəfə baxılıb

Ukrayna PUA-ları Tatarıstana hücum edib


Ukrayna PUA-ları  müharibə başlayandan bəri ilk dəfə Tatarıstana hücum edib və itkilər olub.

Bu barədə respublika başçısı Rüstəm Minnixanovun mətbuat xidməti  teleqram kanalında məlumat verib.

Elabuqada binaların dağılması nəticəsində, ilkin məlumatlara görə, beş nəfər xəsarət alıb, onlara yardım göstərilir. 
“Bütün xidmətlər yüksək hazırlıq vəziyyətindədir. İndi sakitliyi təmin etmək və panikaya düşməmək son dərəcə vacibdir”, - Minnixanovun mətbuat xidməti bildirib.

Onun sözlərinə görə,  PUA-lar Elabuqa və Nijnekamskdakı müəssisələri vurmağa cəhd ediblər.

Tatarıstan Ukrayna ilə sərhəddən təxminən 1500 kilometr aralıda yerləşir. Tatarıstan Rusiyanın səkkiz regionu ilə - Çuvaşiya, Mari El, Udmurtiya, Başqırdıstan, həmçinin Kirov, Ulyanovsk, Orenburq və Samara vilayətləri ilə həmsərhəddir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO