sonnoqte.az
Xəbər başlıqları
  • 12:50 – Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 

"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır

19-03-2024, 10:49 99 dəfə baxılıb

"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır


Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra Avropa İttifaqı “müharibə iqtisadiyyatına” keçməli və Kiyevin qələbəsini təmin etmək üçün hər şeyi etməlidir. 

 Avropa Şurasının prezidenti Şarbunu l Mişel Avropa liderlərinin Brüssel sammiti ərəfəsində "Euractiv"də “Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq” adlı məqaləsində qeyd edib. 

Şarl Mişel əlavə edib ki, Rusiya Ukraynada uğur əldə edərsə, dayanmayacaq. “Rusiya Moldovada, Gürcüstanda, Cənubi Qafqazda, Qərbi Balkanlarda və hətta Afrika qitəsində sabitliyi pozan taktikasını davam etdirir”, -  o qeyd edib.

Mişel xəbərdarlıq edib ki, adekvat reaksiya olmasa, növbəti hədəf Avropa ola bilər. 

"Əgər biz Aİ-nin reaksiyasını düzgün təşkil etməsək və Ukraynaya Rusiyanı dayandırmaq üçün kifayət qədər yardım göstərməsək, növbəti biz olacağıq", - Avropa Şurasının rəhbəri əlavə edib. 

Ona görə də Şarl Mişel Avropanın iqtisadiyyata yanaşmasını yenidən nəzərdən keçirməyi və müdafiə məsələlərinə üstünlük verməyi, “müharibə iqtisadiyyatı” rejiminə keçməyi təklif edir. 

“Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtı çatıb. Biz artıq başqalarına arxalana bilmərik və ya ABŞ-də və ya başqa yerdə seçkilərin nəticələrindən asılı ola bilmərik”, -  Mişel yazıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO