sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Xankəndidəki savaş məğlubiyyətlə nəticələnəcək - Abramyan

20-02-2023, 10:32 145 dəfə baxılıb

Xankəndidəki savaş məğlubiyyətlə nəticələnəcək - Abramyan


Yaranmış durum Xankəndidəki separatçı qruplaşmalar arasında şiddətli savaşa səbəb olub. Şiddətli savaş daha çox Vardanyanla Araik Arutyunyan arasında gedir. Digər qruplar da bu  iki qüvvə arasında mövqelərini müəyyənləşdirməkdədir. Xankəndidəki bu savaşın bir ucu İrəvandan qaynaqlanır və oradan dəstəklənir. 

Xankəndidəki separatçı qruplar öz mövqelərini möhkəmləndirib, daha geniş təsir dairəsini genişləndirmək üçün İrəvandakı və xarici qüvvələrdəndən dəstək almağa çalışır. Amma bütün bunlara baxmayaraq  Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe nəticəsində Xankəndidə separatçıların, onların havadarlarının mövqeləri hər ötən gün zəifləməkdə və niyyətlərə iflasa uğramaqdadır. Bunu İrəvandakı siyasi qüvvələrə də etiraf etməkdədir. 

Bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz "Facebook" səhifəsində Xankəndidəki separatçılar arasında gedən amansız savaş haqda bildirib.

“Qarabağda daxili siyasi müzakirələr əsasən “konstitusiya”nın dəyişdirilməsi, mövqelər və təsir dairəsi uğrunda şiddətli döyüşlər gedir. Bununla da onilliklər boyu aparılan mübarizə prioritetləri itirilir.
Qarabağın daxili siyasi gündəmi zibildən təmizlənməlidir. Əks halda məğlubiyyət qaçılmazdır”, - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO