sonnoqte.az
Xəbər başlıqları
  • 14:41 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 
  • 11:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 11:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 11:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Azərbaycan Ordusunda ilk insansız gəmi - FOTO

15-08-2025, 13:31 37 dəfə baxılıb

Azərbaycan Ordusunda ilk insansız gəmi - FOTO


Azərbaycan Hərbi Dəniz Qüvvələri silahlanmaya insansız hərbi gəmi qəbul edib.

 modern.az xəbər verir ki, dənizçilər Türkiyə istehsalı olan "Salvo" insansız gəmilərini istifadə etməyə başlayıb.

Gəmi Türkiyənin "Daersan" şirkəti tərəfindən yerli imkanlarla istehsal edilir.

Dəniz vasitəsinin uzunluğu 14.79, eni 3.83 metrdir. Sürəti 83-111 km/saat arasında dəyişir.

"Salvo" digər dəniz vasitələrini və havadan gələn təhdidləri zərərsizləşdirə bilir. Bunun üçün gəmiyə müxəlif raket və silah sistemləri yerləşdirilib.

İnsansız gəmi, həmçinin kəşfiyyat, müşahidə, məlumat toplama kimi fəaliyyətləri də icra edə bilər.

Qeyd edək ki, insansız gəmi Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən keçirilən "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" mövzusunda döyüş atışlı taktiki təlim zamanı görüntülənib.

Azərbaycan ordusunun inventarında neçə ədəd "Salvo" insansız gəmi olduğu məlum deyil.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO