sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Qarabağda YEKUN SÜLHƏ neçə METR QALIB? - HƏLƏ ÇOX VAR...

30-11-2022, 16:00 163 dəfə baxılıb



Ermənistanın baş naziri Nikol Paşinyan fransalı həmkarı və dostu Emmaneul Makron olmadan Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə görüşməyəcəyini bildirir, Azərbaycan dövlət başçısı isə əksinə Makron olan yerdə onun olmayacağını vurğulayır, Avropa İttifaqı rəhbərliyi isə görüşün olacağına əmindir. Bu iş neçə çözüləcək?

***

Erməni siyasətçilər və ekspertlər qabaqdangəlmişlik edərək Azərbaycan ordusunun Laçın dəhlizini bağlamağa hazırlaşdığını açıqlayırlar. Onlar son zamanlar Qarabağda gərginliyin və atəş səslərinin artmasını bununla əlaqələndirirlər. Bu gizli mövzu deyil, Ermənistanla Qarabağ arasındakı yolun nəzarətə götürülməsi Azərbaycanda əsas müzakirə predmetidir. Rusiya “sülhməramlı kontingenti” də ermənilərlə yenə səs-səsə verərək bu gün “Azərbaycan tərəfdən atəşkəs pozularaq Dağlıq Qarabağ postu atəşə tutulub” açıqlamasını yayıblar. Bu bir neçə sözdən ibarət cümlədə xeyli hüquq pozuntusu var. “Dağlıq Qarabağ” bölgüsü yoxdur, “separatçıların postu” olmamalıdır, bu Azərbaycanın ərazi bütövlüyünə ziddir, nəhayət separatçılar olan yerdə “atəşkəs” ola bilməz. Bütün bunlara görə də sülhə hələ çox var.

Elxan ŞAHİNOĞLU






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO