11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam
12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
11:50 – Prezident açılışda - Fotolar
MN: "Kəlbəcər və Laçında 62 km-dən çox yeni təminat yolları çəkilib" - VİDEO
25-08-2022, 14:57
242 dəfə baxılıb
Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkilib. Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: