Ziyafət Mədəniyyətimizin Layiqli Təmsilçisi – Təbriz Şadlıq Sarayının Rəhbəri Əbülfət Əhmədov
![]()
Azərbaycanın gözəl adət-ənənələrindən biri də ailə, dostluq və qohumluq münasibətlərinin möhkəmləndirildiyi şənliklərin, el mərasimlərinin yüksək səviyyədə təşkil olunmasıdır. Bu sahədə uzun illər peşəkarlıqla fəaliyyət göstərən və öz zəhməti ilə seçilən insanlardan biri də Təbriz Şadlıq Sarayının rəhbəri Əbülfət Əhmədovdur.
Əbülfət Əhmədov uzun illərdir ki, şənlik və mərasim mədəniyyətində öz sözünü demiş, müasir standartlara cavab verən xidmətləri ilə seçilən bir rəhbər kimi tanınır. Təbriz Şadlıq Sarayı onun rəhbərliyi ilə hər zaman yüksək zövqlə bəzədilir, təqdim olunan xidmətlər isə müştəri məmnunluğunu təmin edir.
Əbülfət müəllim bu sahəyə verdiyi dəyər və peşə sevgisi ilə fərqlənir. Onun rəhbərliyi altında Təbriz Şadlıq Sarayı bir çox ailələrin xoşbəxt günlərinə şahidlik etmiş, toy, nişan, yubiley və digər əlamətdar tədbirlərin ən yadda qalan məkanına çevrilmişdir.
Əbülfət Əhmədov vətənə, dövlətə bağlı, yüksək mənəvi dəyərlərə sahib bir insandır. Xüsusilə Vətən müharibəsində şəhid olmuş igidlərimizin ailələrinə və qazilərimizə daim dəstək göstərir, onlara xüsusi diqqət və qayğı ilə yanaşır. O, şəhid ailələrinin və qazilərin hər zaman cəmiyyətin ən hörmətli üzvləri olduğunu bildirir və bu müqəddəs dəyərlərə sadiqliyini əməli işləri ilə sübut edir.
Müqəddəs Ramazan ayı boyunca Əbülfət Əhmədov aztəminatlı ailələrə yardım əlini uzadan, imkansızlara dəstək olan, paylaşmağın və xeyirxahlığın gözəl nümunəsini sərgiləyən iş adamlarındandır. Hər il Ramazan ayında təşkil etdiyi xeyriyyə tədbirləri, iftar süfrələri onun yüksək insani keyfiyyətlərindən xəbər verir.
Əbülfət Əhmədov Torpaq Çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edərək bildirir ki, bu bayramlar milli birliyimizin, bərəkət və firavanlığımızın rəmzidir. O, hər bir ailəyə süfrəsinin bərəkətli, ocağının daim uca olmasını arzulayır.
Əbülfət Əhmədov dövlətinə və Prezident cənab İlham Əliyevin apardığı siyasətə sadiq olan iş adamıdır. O, ölkəmizdə sahibkarlığın inkişafı, şəffaf biznes mühitinin formalaşması və sosial məsələlərə dövlətin yanaşmasını yüksək qiymətləndirir. Əbülfət müəllim inanır ki, Prezidentin rəhbərliyi ilə Azərbaycanın daha böyük uğurları qarşıdadır.
Əbülfət Əhmədov zəhməti, peşəkarlığı və insani dəyərlərə olan bağlılığı ilə cəmiyyətimizdə nüfuz qazanmış dəyərli ziyalı və sahibkarlardandır. Onun rəhbərlik etdiyi Təbriz Şadlıq Sarayı illərdir ki, öz keyfiyyəti və xidmət mədəniyyəti ilə seçilir və insanların ən xoşbəxt günlərinin ünvanına çevrilib.
Uca Allah xalqımıza firavanlıq, dövlətimizə əmin-amanlıq bəxş etsin, Əbülfət müəllim kimi dəyərli insanlarımız daim var olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: