sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

"Əbədi Birlik" Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Prezident Ersin Tatarla görüşdü

13-01-2025, 09:49 58 dəfə baxılıb





"Gündəm: Mavi Vətən" adlı onlayn toplantı keçirildi. Bu görüşdə Türkiyənin 32 şəhərindən və Türk Dünyasının 7 ölkəsindən nümayəndələr iştirak etdilər. Həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Cənab Ersin Tatar və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri də görüşə qatıldılar.

Proqramın moderatorları Gənclik və Təhsil Dərnəyinin başqanı Ahmet Bayduz və Şimali Kipr Türk Cümhuriyyəti Prezidentliyi QHT-lərlə Əlaqə Koordinatoru, eləcə də Dənkdaş Dərnəyinin sədri Latif Akça idi.

Türkiyənin müxtəlif bölgələrindən və beynəlxalq səviyyədən nümayəndələrin qatıldığı bu mühüm görüşdə Azərbaycanı təmsil edən "Əbədi Birlik" Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev də iştirak etdi.

Prezident Cənab Ersin Tatarın rəhbərliyi ilə keçirilən proqramda "Mavi Vətən" anlayışının önəmi və Türk Dünyasının birliyi müzakirə edildi. Prezident Ersin Tatar çıxışı zamanı həmçinin Kipr məsələsinin tarixi aspektləri və Şimali Kipr Türk xalqının haqlı mübarizəsindən danışdı. O, Kipr Türk xalqının müstəqillik və suverenlik uğrunda apardığı mübarizənin Türk Dünyası üçün əhəmiyyətini vurğuladı. Prezident Kipr davasının yalnız Kipr Türklərinin deyil, bütün Türk Dünyasının ortaq məsələsi olduğunu qeyd edərək, birliyin qorunmasının vacibliyinə diqqət çəkdi.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Cənab Ersin Tatara xitabən, "Əbədi Birlik" Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev bu sözləri söylədi:

“Qafqazlardan aşacağıq,
Türklüyə şan qatacağıq.
Kuzey Kıbrısın şanlı bayrağını,
Turan elə asacağıq!”


Şahin Əliyev, "Əbədi Birlik" Gənclər İctimai Birliyi çətiri altında birləşən bütün Türk Dünyası gəncləri adından Şimali Kipr xalqına sevgi və ehtiramlarını çatdırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO