Elxan Bəşirov: Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda-sürətlə inkişaf edən milli iqtisadiyyatımıza önəmli töhvələr vermək naminə fəaliyyətini daim genişləndirir
Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elxan Bəşirovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elxan Bəşirov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Elxan Bəşirov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
NƏ ÜÇÜN «MƏTANƏT A»
Hər an öz dəyər və prinsiplərinə sadiq qalaraq bazarda lider olan «MƏTANƏT A» şirkətinin işçi heyətinə yaratdığı üstünlüklərə nəzər salaq. Üstünlüklər aşağıdakılardır:
İşini tez-tez analiz edərək yeni və daha sərfəli müasir yollar axtarışında olması;
İşçi personalının mütəmadi inkişafını təşkil etməsi;
İşçilərin vəzifələrinə uyğun təhsil və inkişaf proqramlarının tətbiqi;
Peşəkarlığın artırılması məqsədilə şirkətdə mütəmadi olaraq təşkil olunan xarici və daxili kurslar, treninqlər;
Təşkil olunan təhsil və inkişaf proqramları gənc kadrların gələcəkdə öz sahələrində mütəxəssis kimi yetişməsinə imkan yaratması;
Karyerada inkişaf istiqamətində məqsədimizin sizlərlə başladığımız karyera yolunda tərəqqi fürsətlərini birlikdə dəyərləndirməmiz;
Hər zaman öz potensialını və gücünü dərk edərək araşdırıcı və sorğulayıcı dünyagörüşünə malik olan, zaman dəyərləndirmə (Time-menecment), daxili idarəetmə, hədəf seçmə və ona çatmağa doğru gedən, hər zaman öyrənmə idarəetməni özünün həyat tərzinə çevirmiş kadrlara şirkətimiz dəstək verməyi özünə borc bilməsi;
Sosial təminatlardan : İşçilərin təyin olunmuş məkandan şirkətin nəqliyyatı vasitəsilə iş yerinə həmçinin iş bitdikdən sonra isə evə çatdırılması, gündəlik nahar yeməyi, şirkətdaxili təşkil olunan ictimai sosial tədbirlər və s. bunlara nümunə ola bilər.
Bu böyük korporativ ailənin üzvü olmaq arzusunda olanlar gələcəyini «MƏTANƏT A» şirkətində qurub, şirkətdə parlaq karyera qurma şansından dəyərlənə bilər.
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. Son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti inşaat sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001:2008 "Keyfiyyətin İdarə Olunması" beynəlxalq standartını almışdır. 2012-ci il avqustun 8-də isə İSO 14001:2004 "Ətraf mühitin idarə olunması" beynəlxalq standartına layiq görülmüşdür. Eyni zamanda Avropa Keyfiyyət Təşkilatının dəstəyi ilə Ukranya Keyfiyyət Assosasiyası tərəfindən 2005-ci ildən təşkil olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində Azərbaycanı ilk dəfə olaraq "Mətanət A" şirkəti təmsil etmiş və FİNALİST 2012 diplomu və kuboku ilə təltif olunmuşdur. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli keyfiyyət mükafatları ("Century İnternational Quality Era Award", "Award Global Quality Management", "Gold Star İnternational Award for Quality", "New Millennium Award", "İntellekt" mükafatı, "İnşaat materiallarının istehsalı üzrə İlin Lider şirkəti", “İlin brendi - AĞDAĞ" və s. mükafatlar) ilə də təltif olunmuşdur.
Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, "Mətanət A" şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan "AĞDAĞ" zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək "AĞDAĞ" məhsulunun istehsalına başlamışdır.
2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək profesionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkişafı sahəsində öz töhfəsini verən istehsal sahələri sırasına aid edilə bilər.
Artıq şirkət qloballaşaraq "Mətanət A" ticarət markası adı altında istehsal etdiyi məhsullarını Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, artıq milli şirkətlərimiz müasir biznes təcrübəsinə və iş prinsiplərinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır.
Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda-sürətlə inkişaf edən milli iqtisadiyyatımıza önəmli töhvələr vermək naminə fəaliyyətini daim genişləndirir.
VİZYONUMUZ
Daim inkişaf etmək və inşaat materialları istehsalında yeniliklərlə yadda qalmaq!
MİSSİYAMIZ
Fəaliyyətimiz, prinsipiallığımız və keyfiyyətimizlə müştərilərimiz, tərəfdaşlarımız, işçilərimiz və cəmiyyət qarşısında etibar, güvən və dəyərlərimizi artırmaq!
ƏSAS DƏYƏRLƏRİMİZ
Etibarlılıq, dürüstlük, prinsipiallıq, keyfiyyət və güvən.
MÜŞTƏRİLƏRİMİZ BİZİM ÜÇÜN ÇOX DƏYƏRLİDİR!
Müştərilərimizin ehtiyac və tələblərini düşündüklərindən daha keyfiyyətli şəkildə ortaya qoymaq;
İstehlakçıların ehtiyaclarını vaxtında və doğru bir şəkildə üzə çıxarmaq;
Müştərinin mövcud (və ya gələcəkdəki) ehtiyac və tələbatlarını tam qarşılamaq üçün fərqli xidmət və məhsul istehsal edərək yüksək keyfiyyətli məhsullar təklif etmək;
Müştəri (və ya bazar) ilə tez-tez əlaqədə olmaqla baş verə biləcək problemləri və ya yeni fürsətləri qabaqcadan görərək hərəkət etmək;
Müştəri problemlərini həll etmək üçün gərəkli tədbirlər görmək bizim müştəri məmnuniyyəti sahəsində əsas hədəflərimizdəndir.