Ailənizin Dondurması - Sərinlik və Ləzzət bir arada
Azərbaycanın qida sənayesində öz dəsti-xətti ilə seçilən, keyfiyyət və dadı ilə minlərlə insanın zövqünü fəth edən “A Klass” dondurmalarının uğurunda böyük zəhməti olan şəxs – Əfrayıl müəllim, “A.Y.S-60” MMC-nin rəhbəri kimi qısa zaman ərzində şirkəti ölkənin tanınmış markalarından birinə çevirə bilmişdir.
2014-cü ildən fəaliyyətə başlayan “A Klass” markası bu gün artıq yalnız sadə bir məhsul deyil, həm də keyfiyyətin, güvənin və peşəkarlığın simvoluna çevrilib. Bu uğurun arxasında isə böyük məsuliyyət, idarəçilik bacarığı və daim yeniliklərə açıq olan rəhbərlik dayanır. Əfrayıl müəllim, gördüyü işlərlə bir daha sübut edib ki, səmimi niyyət, düzgün strategiya və xalqına xidmət missiyası ilə çıxış edən hər bir sahibkar qısa müddətdə yüksək zirvələr fəth edə bilər.
Əfrayıl müəllimin rəhbərliyi ilə “A Klass” şirkəti fəaliyyətə başladığı gündən keyfiyyəti əsas prioritet elan edib. Şirkətin istehsal prosesində istifadə olunan bütün xammallar yalnız yüksək keyfiyyətli məhsullardan ibarətdir və onlar istifadə edilməzdən öncə laboratoriyalarda ciddi analiz və yoxlamadan keçir.
Bu yanaşma həm məhsulun sağlamlıq üçün tam təhlükəsiz olmasını, həm də istehlakçıların zövqünü oxşamasını təmin edir. Məhz buna görə “A Klass” dondurmaları bu gün bazarda etibar və sevgi qazanaraq, geniş alıcı auditoriyasına malikdir.
“A Klass” dondurmalarının uğurunun əsas səbəblərindən biri də çeşid zənginliyidir. Əfrayıl müəllim və komandasının məqsədi hər bir istehlakçının damaq dadına uyğun məhsul təqdim etməkdir. Bu gün şirkət müxtəlif dadlarda və üslublarda dondurmalar təqdim edərək, həm uşaqların, həm də böyüklərin ən çox sevdiyi brendlərdən birinə çevrilib.
Əfrayıl müəllimin uzaqgörən idarəçiliyi nəticəsində şirkət qısa müddətdə istehsal gücünü artıraraq, müasir texnoloji tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş istehsal müəssisəsinə sahib olub. Hazırda “A Klass” yalnız Bakı şəhərində deyil, respublikanın müxtəlif regionlarında da geniş satış şəbəkəsi quraraq, ölkənin hər bir guşəsində insanların sevimli markasına çevrilib.
Əfrayıl müəllimin uğuru təkcə bizneslə məhdudlaşmır. O, daim vətəndaşların rifahını düşünən, onların sağlam və keyfiyyətli qida ilə təmin olunmasına xüsusi önəm verən rəhbərdir. Onun sosial məsuliyyətə olan bu həssas yanaşması “A Klass” şirkətinə yalnız bir biznes qurumu yox, həm də cəmiyyətə fayda verən bir brend statusu qazandırıb.
Əfrayıl müəllim, qısa müddətdə “A Klass” markasını Azərbaycan dondurma sektorunun liderlərindən birinə çevirməyi bacarmış, müasir yanaşması, keyfiyyətə verdiyi önəm və geniş düşüncə tərzi ilə nümunəvi rəhbər obrazı yaradıb.
Bu gün “A Klass” dondurmaları sadəcə bir məhsul deyil, həm də zəhmətin, səmimiyyətin və peşəkarlığın nəticəsi olaraq xalqın sevgisini qazanmış brenddir. Əfrayıl müəllimin rəhbərliyi isə bu uğurun ən böyük təminatçısıdır.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: