10:16 – İlham Əliyev Litva Prezidentini təbrik edib
08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir
08:12 – Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
08:08 – İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
“Ugur Yolu” Mükafatlandirma Layihəsi”nin ilk tədbiri möhtəşəmliyi ilə yadda qaldı -VİDEO
13-03-2024, 19:21
211 dəfə baxılıb
aia.az xəbər verir ki, martın 11-də “Meridian Park”-da “Nice Group”un baş sponsorluğu ilə “Ugur Yolu” adllı “İlin Ən Yaxşılarını Mukafatlandirma Layihəsi” təşkil olunub. Layihədə sənətindən və peşəsindən asılı olmayaraq, sənətində öz peşəkarlığına güvənən hər kəs iştirak edib.
Qeyd edək ki, “Nice Group” artıq 11 ildir ki Azərbaycanda fəaliyyət göstərir və fəaliyyət göstərdiyi sferada ən qabaqcıl sıralarda durmaqla rəqiblərini qabaqlayır. “Nice Group”un rəhbərliyi və baş sponsorluğu ilə həyata keçən “Ugur Yolu” Mükafatlandirma Layihəsi” ilk dəfə baş tutmasına baxmayaraq, layihədə 180 nominant iştirak edirdi. “Nice Group” şirkətinin qurucusu və rəhbəri Nicat Paşayev “Ugur Yolu”nun artıq “Nice Group”un davamlı layihələri sırasında olacağını, ildə bir dəfə olmaqla hər il davamlı şəkildə təşkil olunacağını, sənətində və peşəsində peşəkarlığına güvənən hər kəsə bu cür dəstək olacağını bildirib.
Tədbirin aparıcısı respublikanın ən tanınmışlarından olan Azər Axşam, gecənin muğənni qonaqları isə Nigar Camal ve Ramil Nabran olmuşdur. Sonda tədbir iştirakçıları “Nice Group” şirkətinin qurucusu və rəhbəri Nicat Paşayevə və layihə rəhbəri Ziya Həbibova bu cür tədbirlərin peşəkar təşkilinə, eləcə də peşəkar insanlara verdikləri dəstəyə görə təşəkkürlərini bildirmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: