22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar
22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
“Azərbaycan-Türkiyə dostluq və qardaşlığımız əbədidir!” mövzusunda görüşü keçirildi
24-04-2023, 10:57
142 dəfə baxılıb
Bu gün - 23 aprel tarixində “Əbədi Birlik” Gənclər İctimai Birliyi tərəfindən Şahin Əliyevin moderatorluğunda “Azərbaycan-Türkiyə dostluq və qardaşlığımız əbədidir!” mövzusunda görüşü keçirildi. Görüş də fəxri qonaq Türkiyədən ağır atlet Cansu Bektaş dostluq və qardaşlıq əlaqələrimizdən bəhs etdi.
Görüş zamanı Cansu Bektaş İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında baş verən təxribatlardan, bu təxribatlara qarşılıq olaraq qazandığı qələbələrdən və bu qələbələri Azərbaycana həsr etməsindən danışdı. Şahin Əliyev isə ermənilərin Azərbaycan və Türkiyəyə qarşı etdiyi təxribat və çirkin əməllərinin bütün sahələrdə iflasa uğramasından danışdı. Çıxış edənlər Azərbaycan Türkiyənin daim həmrəy olmasını, dostluq və qardaşlıq əlaqələrinin yüksələn xətlə davam etməsini öz çıxışlarında bildirdilər.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı.
"Türkün Qardaşı - Türkdür." "Yaşasın, Azərbaycan -Türkiyə!"
Bir olaq, güclü olaq! Əbədi Birliyin təməli olaq!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: