sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 09:43 – İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər 

Aytəkin Mahmudova: Heydər Əliyev “Zaman”ı – əbədi davam edən keçmiş kimi

12-12-2022, 09:34 171 dəfə baxılıb

Şahin Xurşudov: Heydər Əliyev “Zaman”ı – əbədi davam edən keçmiş kimi


Neftçala şəhər M. Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aytəkin Mahmudova - Siyasət və ədəbiyyat! Maraqlıdır ki, çox az rəhbərlərin sığa bildiyi bu kontekstə Heydər Əliyev asanlıqla, haşiyəsiz-boyasız sığır. Bu gün insana qarşı zorakılığın və təcavüzün, silah və gücün meydan suladığı bir vaxtda elmin, ağlın üstünlüyü sanki ikinci, üçüncü dərəcəli nəsnə kimi önəmini itirməyə meyillənir. Hakimiyyət, hökmranlıq iddiası insanı lazımsız şeyə çevirir. Belə situasiyaların bəşər tarixində sərgiləndiyi məqamlar az olmayıb. Nə bilmək olar, bəlkə dünyada ilk şeir parçası, sonradan ədəbiyyat sayılacaq ilk yazı nümunəsi insanın insan, təbiət və dünya üzərində ağalığına müxalif ovqatdan ərsəyə gəlib. Gücə qarşı insan amilini qoyub, insanı, insaniyyəti vəsf ediblər: “Kim ki, insanı sevir, aşıqi hürriyyət olur, / Bəli, hürriyyət olan yerdə də insanlıq olur” (M.Ə.Sabir). Hansı ki, sonradan bu ideya zaman-zaman bir çox ədiblərimizin yaradıcılıq qayəsində dayandı. M.Füzuli “Padişahi-mülk” qitəsində aqilliyi tərənnüm etməklə şahlara eyni dərsi verir, yaxud M.S.Ordubadi qılınc və qələmin mübarizəsində ikincinin üstünlüyünü göstərirdi. Hüseyn Cavid Peyğəmbərimizin obrazı ilə bunu deyir, yaxud İ.Hüseynov “Məhşər” romanında amansız şah ideallarının iflasını və ona əks kontekstdə - Nəsiminin humanist şeiri nümunəsində insana və şeirə marağı tarixi-fəlsəfi planda bədii nəsrə ötürürdü. Bu elə bir mövzudur ki, ədəbiyyatın mayasında durur və Böyük insan ideyası şəklində daim bədii düşüncənin mərkəzinə çəkilir.

Minlərlə buna uyğun nümunələr gətirmək mümkündür. Dünya tarixi hökmdar və sənətkar münasibətlərinin sonsuz sayda nümunəsini tanıyır. Zamanın insana xidməti ondan başlayır ki, onun sükanını idarə edən şəxs zamanla yol getməyi bacarır. XX əsr daxilində iki dəfə milli insanla bahəm milli ədəbiyyatın da bəxti onda gətirdi ki, həmin dönəmin “idarəetmə funksiyası”nı Əlahəzrət Zaman Heydər Əliyevə həvalə etdi.

1990-cı il­lə­rin du­man­lı dö­nə­min­də Hey­dər Əli­ye­vin ədə­biy­yat­da ye­ri­nə ye­tir­di­yi mis­si­ya ba­xı­mın­dan özəl­li­yi nə­də idi? Məm­lə­kə­ti­miz bir ya­na, doğ­ru­dan­mı Hey­dər Əli­yev ədə­biy­ya­tı­mız üçün də “son şans” sə­ciy­yə­si da­­şı­­yır­­dı­­?! Ədə­bi-ta­ri­xi mətn­lə­rə va­rar­kən, is­tər-is­tə­məz, bu mə­qam­lar üzə­rin­də dü­şün­mə­li olur­san...

1990-cı il­lər­dən baş­la­ya­raq Azər­bay­can ger­çək­lə­ri ar­dın­ca elə möv­zu­lar gə­ti­rir ki, əv­vəl­ki dövr­lər­lə mü­qa­yi­sə­də tə­səv­vür hü­dud­la­rı­nı aşır­dı. Hə­min xao­tik du­ru­mun rə­vac ver­di­yi ne­qa­tiv­lər so­nuc­da ən bö­yük zər­bə­ni in­sa­na vu­rur, onun­la za­ma­nın, mə­nə­vi-əx­la­qi də­yər­lə­rin sa­bit­li­yi ara­sın­da­kı əla­qə­nin po­zul­ma­sı­na gə­ti­rib çı­xa­rır­dı: qlo­bal tən­ha­lıq in­sa­nın öz­gə­ləş­mə­si­ni, özün­dən ay­rıl­ma­sı­nı, yad­laş­ma­sı­nı şərt­lən­di­rir­di. Hə­min dö­nə­min ma­hiy­yə­ti, onun yad­daş struk­tu­run­da yer al­mış gö­rün­tü­lə­ri ilə ça­ğın in­sa­nı­nın dü­şün­cə­si ara­sın­da dia­loq bə­dii tə­fək­kü­rə yan­sı­ma­ya bil­mə­di. Hey­dər Əli­ye­vin si­ya­sət­çi ki­mi gü­cü bun­da idi. Əv­vəl­ki inad­la mil­lə­tin yad­daş kul­tu­na sə­da­qə­ti­nin bər­pa edil­mə­si mə­sə­lə­si­nə həs­sas ya­naş­ma­sın­da.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərinin ədə­bi mən­zə­rə­si­nə qı­sa bir eks­kurs et­sək, ca­va­bı ta­ri­xi-ədə­bi mətn­lərdə tapacağıq. Bu illərdə hər bir ziyalı ədə­biy­yat­da ya­ran­mış dur­ğun­luq­dan mü­əy­yən na­ra­hat­lıq iz­har edir, çı­xış yo­lu ki­mi mü­ba­ri­zənin la­zım ol­du­ğu­nu vur­ğu­la­yır­dı. La­kin bir ne­çə il­dən son­ra, ədə­biy­yat­da cid­di bir sıç­ra­yı­şın, nə­zə­rə çar­pa­caq də­yi­şik­li­yin və irə­li­lə­yi­şin baş ver­mə­mə­si zə­mi­nin­də hə­yə­can da­ha da ar­tır, bun­dan əla­və ötən onil­lik­lər ər­zin­də qa­za­nı­lan mə­də­ni-əx­la­qi mə­ziy­yət­lə­rin er­ro­zi­ya­ya uğ­ra­maq təh­lü­kə­si ni­ga­ran­çı­lı­ğa sə­bəb olur­du. Əlbəttə, ke­çid döv­rü hə­mi­şə mü­rək­kəb­li­yi, ic­ti­mai, bə­dii və el­mi də­yər­lə­rin ye­ni­dən qiy­mət­lən­di­ril­mə­si ilə se­çi­lir. Bə­dii-es­te­tik dü­şün­cə də, onun el­mi-tən­qi­di dər­ki­nin me­yar­la­rı da əsas­lı də­yi­şik­lik­lə­rə mə­ruz qa­lır. Be­lə qa­rı­şıq za­man­lar isə bil­di­yi­miz ki­mi, fik­rin, tə­fək­kü­rün dra­ma­tik­li­yi ilə mü­şa­yi­ət olu­nur. İn­san­la­rın tə­fək­kü­rün­də xa­os ya­ra­nır. 1990-cı il­lər­dən baş­la­ya­raq dü­şün­cə sis­te­mi­ni elə pa­ra­diq­ma­lar mü­əy­yən­ləş­dir­mə­yə baş­la­dı ki, on­la­rı so­vet döv­rü­nün el­mi-nə­zə­ri ya­naş­ma­la­rı, es­te­tik mün­də­ri­cə­si ilə, qa­pa­lı kul­tu­ro­lo­ji struk­tur sis­tem­lər­lə bağ­la­maq müm­kün ol­ma­dı. Mətn oxu­nu­şu və bu­nun­la bağ­lı funk­sio­nal­lıq qa­za­nan nə­zə­ri pos­tu­lat­lar ədə­biy­yat­şü­nas­lıq­da ədə­bi fak­ta, ədə­bi pro­se­sə ya­naş­ma­da do­mi­nan­ta çev­ri­lir­di. Post­mo­der­nizm müa­sir dün­ya­nın qav­ra­ma və dər­ket­mə pro­se­si­ni ida­rə et­mə­yə baş­la­dı. Uzun müd­dət qa­pa­lı mü­na­si­bət­lər­də ol­du­ğu­muz uni­ver­sal ba­xış sis­tem­lə­ri dü­şün­cə struk­tu­ru­mu­za me­xa­ni­ki tət­biq olun­du­ğun­dan, sü­ni imi­ta­si­ya tə­si­ri ba­ğış­la­yır­dı. Bu tə­ma­yü­lün nə­ti­cə­sin­də klas­sik ic­ti­mai-mə­nə­vi də­yər­lər da­ha çox çağ­daş si­ya­si me­yar­lar çər­çi­və­sin­də də­yər­lən­di­ril­mə­yə baş­lan­dı.

Di­gər tə­rəf­dən, ke­çid döv­rü ki­mi xa­rak­te­ri­zə olu­nan 1990-cı il­lər ni­hi­list meyil­lə­rin mey­da­na çıx­dı­ğı dövr idi. Bü­tün post­so­vet mə­ka­nı öl­kə­lə­rin­də ol­du­ğu ki­mi, Azər­bay­can ədə­biy­ya­tın­da da klas­sik­lər, ədə­biy­yat ta­ri­xi­nin bir çox də­yər­li si­ma­la­rı kon­yuk­tur ya­naş­ma­nın pred­me­ti­nə çev­ril­miş­di. Hey­dər Əli­yev ha­ki­miy­yə­tə gəl­di­yi ilk gün­lər­dən an­la­dı ki, za­ma­nın qı­rıl­mış bağ­la­rı­nı bər­pa et­mək mis­si­ya­sı­nı bü­töv bir ta­rix sı­ra­sı ya­rat­mış xalq ona hə­va­lə edib və in­di bu mis­si­ya­nın rea­li­zə im­kan­la­rı ilk növ­bə­də, ta­ri­xə qa­yı­dış, onu di­rilt­mək, bu gü­nə ötür­mək­dən baş­la­ma­lı­dır. Əv­və­la, mə­lum­dur ki, klas­sik irs ye­ni ədə­bi və mə­də­ni qu­ru­cu­luq, ye­ni ədə­bi-es­te­tik də­yər­lə­rin tə­şək­kü­lü üçün mü­hüm əhə­miy­yət kəsb edir. Həm­çi­nin mə­də­niy­yə­tin mil­li ko­lo­ri­ti və ori­ji­nal xü­su­siy­yət­lə­ri o za­man qo­ru­nub sax­la­na bi­lir ki, xalq keç­mi­şin mil­li-mə­nə­vi sər­vət­lə­ri­ni, ədə­bi ir­si­ni za­ma­nın sərt sı­naq­la­rın­dan, fə­ci və dra­ma­tik olay­la­rın­dan uğur­la çı­xa­ra bi­lir. Əgər çı­xa­ra bil­mir­sə, döv­lə­tin bü­töv­lü­yü­nü də, mil­lə­tin tam­lı­ğı­nı, "xalq və mən” şüu­ru­nun möv­cud­lu­ğu­nu da təh­lü­kə qar­şı­sın­da qo­yur! Bu mə­na­da, 1990-cı il­lər­də da­hi şai­ri­miz Mə­həm­məd Fü­zu­li­nin 500, Mir­zə Cə­li­lin 128, ilk möh­tə­şəm söz abi­də­miz olan "Ki­ta­bi-Də­də Qor­qud" das­ta­nı­nın 1300 il­li­yi­nin el­mi ic­ti­ma­iy­yət tə­rə­fin­dən bey­nəl­xalq sə­viy­yə­də ke­çi­ril­mə­si ədə­bi ir­sə la­yiq­li mü­na­si­bə­tin iz­ha­rı­na ən yax­şı nü­mu­nə ol­maq­la ya­na­şı, döv­lət baş­çı­sı­nın han­sı mə­sə­lə­lər­də dəs­tək ara­dı­ğı­nı, mə­nə­vi ül­fət tap­dı­ğı­nı bəl­li edir. Bu ül­fət gü­cü­nü xal­qın öz keç­mi­şin­dən, on­da kod­la­şan et­nik-on­to­lo­ji yad­da­şın­dan alır­dı: “Qoy dün­ya bil­sin ki, xal­qı­mı­zın ço­xəsr­lik, zən­gin, ta­ri­xi mə­də­niy­yə­ti var. Azər­bay­ca­nın bu­gün­kü mə­də­niy­yə­ti da­hi şəx­siy­yət­lə­ri­mi­zin ya­rat­dı­ğı və əsr­lər­dən-əsr­lə­rə ke­çən mə­də­niy­yə­ti­mi­zə əsas­la­nır” (Hey­dər Əli­yev).



Hə­min il­lər­də “Ki­ta­bi-Də­də Qor­qud” das­ta­nı­nın təd­qi­qi çox bö­yük, heç bir mər­hə­lə­də ol­ma­ya­caq qə­dər ge­niş vü­sət al­dı. "Ki­ta­bi-Də­də Qor­qud"un el­mi-tən­qi­di mət­ni və küt­lə­vi nəşr­lə­ri, bu möh­tə­şəm oğuz­na­mə haq­qın­da ye­ni mo­noq­ra­fik təd­qi­qat­lar işıq üzü gör­dü. “Ki­ta­bi-Də­də Qor­qud” kör­pü­dür. Mif­dən ya­zı­ya, "epos­dan ki­ta­ba" və nə­ha­yət, dü­nən­dən bu gü­nə uza­nan elə bir kör­pü ki, onun­la çağ­daş döv­rün tə­ma­sı­nı, ra­bi­tə­si­ni ya­rat­maq, 1990-cı il­lər­də qı­rıl­mış za­ma­nın bağ­la­rı­nı bir­ləş­dir­mək, onun bü­töv­lü­yü­nü bər­pa et­mək üçün la­zım idi. Hər hal­da 1990-cı il­lə­rin ge­ri­yə fır­la­nan çar­xın­da və bir çox şəx­siy­yət­lə­rin ya­ra­dı­cı mil­li dü­ha­sın­da ya­ra­dı­la­caq bu bü­töv­lü­yə, "bö­yük sin­tez işi"nə ilk nü­mu­nə­ni "Ki­ta­bi-Də­də Qor­qud" abi­də­si ver­di. Bu mə­na­da, Hey­dər Əli­ye­vin ye­ni epo­xa­da ədə­biy­ya­tın üzü­nü yad­da­şa çe­vi­rən ta­ri­xə – özün­də xal­qın mil­li ko­du­nu və mö­hü­rü­nü əbə­di­ləş­di­rən söz sə­nə­ti­nə çe­vir­mə­si ilk növ­bə­də, on­da sə­nəd­lə­şən mə­nə­vi və psi­xo­lo­ji ar­xe­ti­pin çağ­daş əx­laq və mə­nə­viy­yat­da da­va­mı­na rə­vac ver­mək, ta­ri­xi yad­da­şı­mı­zı öz var­lı­ğın­da gö­rük­dür­mək, bü­tün­lük­də za­man­la - həm keç­miş, həm də gə­lə­cək­lə kör­pü­ səciyyəsi daşıyan bu mənəviyyat nümunəsini  xalqa qaytarmaq məq­sə­di gü­dür­dü: “Əgər in­di biz “Ki­ta­bı-Də­də Qor­qud” das­ta­nı­nın 1300 il­li­yi­ni qeyd edi­rik­sə və bu­nu bü­tün dün­ya­ya bə­yan edi­rik­sə, de­mək, bi­zim bə­dii sö­zü­mü­zün 1300 il­lik ta­ri­xi göz qa­ba­ğın­da­dır” (Heydər Əliyev).

Da­ha son­ra bu mis­si­ya klas­sik sə­nət­kar­la­rı­mı­zın ta­le­yi­nə mü­na­si­bət­də da­va­mı­nı tap­ma­ğa baş­la­dı. Klas­sik­lə­ri­mi­zin yu­bi­ley­lə­ri­nin ke­çi­rilm­əsi ba­rə­də sə­rən­cəm­lar im­za­la­yan Hey­dər Əli­yev qeyd edir­di ki, “Res­pub­li­ka­mı­zın bu ağır döv­rün­də bö­yük yu­bi­ley­lərin ke­çi­ril­mə­si, şüb­hə­siz ki, mü­əy­yən qə­dər çə­tin­lik­lər­lə üz­lə­şə­cək. An­caq bun­la­ra bax­ma­ya­raq, hə­ya­tı­mı­zın mə­nə­vi sa­hə­si heç vaxt unu­dul­ma­ma­lı­dır. Çə­tin­lik­lər nə qə­dər çox ol­sa da mə­də­niy­yə­tə, mə­də­ni ir­si­mi­zə, mə­nə­viy­ya­ta da­im xü­su­si diq­qət ye­tir­mə­li və bu sa­hə­lə­rin ge­ri qal­ma­sı­na yol ver­mə­mə­li­yik.”

Mə­həm­məd Fü­zu­li­nin bü­tün əsər­lə­ri (kül­liy­ya­tı) al­tı cild­də nəşr edil­di. Haq­qın­da san­bal­lı el­mi mo­noq­ra­fi­ya­lar, təd­qi­qat əsər­lə­ri or­ta­ya qo­yul­du. Yu­bi­le­yi həm Azər­bay­can­da, həm bü­tün türk-is­lam alə­min­də, həm də Ru­si­ya və Av­ro­pa­da bö­yük tən­tə­nə ilə ke­çi­ril­di. Hey­dər Əli­ye­vin Fü­zu­li­yə diqqətinin başlıca səbəbi XX əsr­də par­ça­lan­mış türk dün­ya­sı­nı, pə­rən-pə­rən düş­müş türk cüm­hu­riy­yət­lə­ri­ni bir­ləş­dir­mək amalı ilə bağlı idi. Heydər Əliyev bütün türk xalqlarını bir araya cəm etmək üçün yalnız siyasi yolu əsas bilmirdi, həm də mənəvi yolu, bu yolu nişan verən bütün mənəviyyat, fikir adamlarının meydana qoyduqları irsi intixab edirdi.

Hey­dər Əli­ye­vin klas­sik­lə­ri dün­ya­ya ta­nıt­ma mə­ra­mı­nın kö­kün­də xal­qın mi­nil­lik ta­ri­xi yad­da­şı­nın ol­du­ğu­nu is­bat­la­maq mey­li da­ya­nır­dı­sa, yu­bi­ley­lə­ri ke­çi­ri­lən İma­dəd­din Nə­si­mi, Mol­la Pə­nah Va­qif, Aşıq Ələs­gər, Hə­sən bəy Zər­da­bi, Cə­lil Məm­məd­qu­lu­za­də və baş­qa ədib­lər onun­çün “dil ha­di­sə­si” ki­mi önəm kəsb edir­di. Çün­ki Hey­dər Əli­ye­v üçün milli dil siyasəti də Azər­bay­ca­nı xi­la­set­mə yo­lu­nun mü­hüm tər­kib his­sə­si kimi önəmli sıralarda dayanan amil idi. Bu mənada, o­nun müa­si­ri ol­du­ğu şa­ir və ya­zı­çı­la­ra ver­di­yi də­yə­rin zə­mi­nin­də həm də dil ami­li­nin da­yan­dı­ğı­nı gör­mək çə­tin de­yil. Son­ra­dan bu is­ti­qa­mət­də ata­ca­ğı ad­dı­mın - “Döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­di­ril­mə­si haq­qın­da” 18 iyun 2001-ci il ta­rix­li və “Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət di­li haq­qın­da” 30 sent­yabr 2002-ci il ta­rix­li fər­man­la­rın zə­mi­nin­də da­ya­nan əsas sə­bəb xal­qın mil­li var­lı­ğı­nı mü­əy­yən edən baş­lı­ca ami­lin ana di­li ol­ma­sı­nı rəh­bər ki­mi dərk et­mə­si idi. Ya­xud Mə­həm­məd­hü­seyn Şəh­ri­ya­rın ana­dan ol­ma­sı­nın 90 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si ilə bağlı 29 okt­yabr 1997-ci il ta­rix­li sə­rən­ca­mı ilə Hey­dər Əli­yev yal­nız için­də­ki Şəh­ri­yar sev­gi­si­ni sər­gi­lə­mir­di, hə­mi­şə ama­lı­na çe­vir­di­yi bü­töv Azər­bay­can idea­lı­nın ger­çək­ləş­mə­si­nə doğ­ru növ­bə­ti əhə­miy­yət­li ad­dım­lar­dan bi­ri­ni hə­ya­ta ke­çi­rir­di.

Yet­miş il hökm­fər­ma­lıq et­miş so­vet döv­rü bit­dik­dən, sü­qu­ta uğ­ra­dıq­dan son­ra bu dövr ədə­biy­ya­tı­nı qiy­mət­lən­dir­mək, onun ta­ri­xi də­yə­ri­ni ver­mək zə­ru­rə­ti mey­da­na çıx­mış­dır. Bu çə­tin, ol­duq­ca zid­diy­yət­li və mü­rək­kəb mər­hə­lə­nin təh­li­li, ədə­biy­ya­tı­mız­da bü­töv bir epo­xa ki­mi dər­ki mə­sə­lə­si çox bö­yük kəs­kin­lik­lə 90-cı il­lər ədə­biy­ya­tın­da şərh olu­nur, ona ob­yek­tiv el­mi ya­naş­ma­lar­dan tut­muş ni­hi­list ya­naş­ma­ya qə­dər hər cür mü­na­si­bət­lər ha­kim ol­muş­du. Hey­dər Əli­yev prob­le­mə mü­na­si­bət­də ob­yek­tiv qa­nu­na­uy­ğun­luq­lar­dan, sa­bit el­mi də­yər­lər­dən çı­xış et­mə­yi va­cib bi­lə­rək de­miş­dir: “Biz ha­mı­mız döv­rün, zə­ma­nə­nin öv­lad­la­rı ol­du­ğu­muz­dan onun ste­reo­tip­lə­rin­dən kə­na­ra çı­xa bil­mir­dik. Çıx­ma­ğa im­kan da yox idi, çün­ki o za­man ya­zı­çı da, alim də, adi adam da be­lə he­sab edir­di ki, baş­qa cür ola bil­məz. Ona gö­rə də in­di ki­min­sə dö­şü­nə döy­mə­si mə­na­sız­dır. Be­lə­lə­ri­nin öz­lə­ri də o za­man bu cür yaz­mış­lar. Bu, bi­zim ta­ri­xi­mi­zin re­al­lı­ğı­dır. Onu təh­rif et­mək ol­maz... O dövr­də ya­şa­yan və Azər­bay­ca­nın mə­də­niy­yə­ti­ni, ədə­biy­ya­tı­nı in­ki­şaf et­di­rən adam­la­ra in­di irad tut­maq ol­maz, bu, gü­nah­dır”.

Bu fi­kir­lər sə­mi­mi eti­raf ol­maq­la ya­na­şı, həm də So­vet döv­rü Azər­bay­can ədə­biy­ya­tı­nı ob­yek­tiv təh­lil et­mə­yi, bu ədə­biy­ya­tı XX əsr Azər­bay­can ta­ri­xi da­xi­lin­də və bə­dii ədə­biy­ya­tın ümu­mi in­ki­şaf kon­teks­tin­də qiy­mə­ti­ni ver­mə­yi tə­məl prin­sip ki­mi irə­li sü­rür­dü: “...əgər kim­sə 80-ci il­lə­rin axır­la­rın­da, 90-cı il­lə­rin əv­vəl­lə­rin­də ta­ri­xi­mi­zin bö­yük bir his­sə­si­ni cı­rıb at­maq is­tə­yir­di­sə və bə­zən on­lar bu­na na­il olur­du­sa, öz­lə­ri heç bir xid­mət et­mə­miş adam­lar xal­qa sə­da­qət­lə xid­mət et­miş in­san­la­rı ara­dan çı­xar­ma­ğa ça­lı­şır­dı­lar­sa, bun­lar ke­çi­ci bir şey­dir. Gör­dü­nüz ki, on­lar keç­di­lər, get­di­lər. Bu gün onu de­yə bi­lə­rəm ki, Sü­ley­man Rüs­təm, Sə­məd Vur­ğun, Rə­sul Rza ki­mi bö­yük şa­ir­lə­rə, on­la­rın ya­ra­dı­cı­lı­ğın­da bu­gün­kü gü­nə uy­ğun ol­ma­yan han­sı­sa nü­ans­la­rı ta­pıb irad tut­maq, he­sab edi­rəm ki, mə­nə­viy­yat­sız­lıq­dır. Be­lə adam­la­rın öz­lə­ri xalq, mil­lət, öl­kə üçün heç bir şey et­mə­yib­lər. Əgər bi­zim xalq di­li ilə de­sək, on­lar nə Sə­məd Vur­ğu­nun, nə Rə­sul Rza­nın, nə də Sü­ley­man Rüs­tə­min dır­na­ğı qə­dər ola bil­məz­lər”.

1990-cı il­lər­də ye­ni­dən ha­ki­miy­yə­tə gə­lən Hey­dər Əli­ye­vin müa­sir ədə­biy­yat kon­teks­tin­də ye­ri­nə ye­tir­di­yi “ya­ra­dı­cı­lıq” mis­si­ya­sı­nın rea­li­zə­si bir tə­rəf­dən klas­sik ədə­biy­ya­tı ya­şat­maq­la bağ­lı idi­sə, di­gər tə­rəf­dən çağ­daş ədə­bi pro­se­si gə­liş­dir­mək məq­sə­di­lə atı­lan bir sı­ra ad­dım­lar­la əla­mət­dar ol­du; ya­ra­dı­cı­lıq alə­mi­nə ye­ni is­te­dad­lı mü­əl­lif­lə­rin gəl­mə­sin­də rol oy­na­yan, son­ra­dan mad­di ça­tış­maz­lıq­lar uc­ba­tın­dan uzun fa­si­lə­lər­lə işıq üzü gö­rən, hət­ta bağ­lan­maq təh­lü­kə­si ilə üz-üzə du­ran ədə­bi or­qan­la­rın: "Azər­bay­can", "Li­te­ra­tur­nı Azər­bay­can", "Ul­duz", "Qo­bus­tan" jur­nal­la­rı­nın və "Ədə­biy­yat qə­ze­ti"nin dövlət başçısının xü­su­si qə­ra­rı ilə mün­tə­zəm su­rət­də öl­kə­nin döv­lət büd­cə­sin­dən ma­liy­yə­ləş­di­ril­mə­si ədə­bi pro­se­sin gə­liş­mə­sin­də əsas­lı rol oy­na­dı. Heç bir şa­ir və ya­zı­çının fəaliyyətinə biganə qalmayan, onların yubiley, anım mə­ra­sim­lər­ində iştirak edən Heydər Əliyevin ədə­biy­yat, sə­nət­lə bağ­lı elə­di­yi çı­xış­lar mü­kəm­məl­li­yi ilə se­çi­lir, şe­ir­dən da­nı­şan­da poe­zi­ya­nın, nəsr­dən da­nı­şan­da pro­za­nın də­rin bi­li­ci­si tə­əs­sü­ra­tı do­ğu­rur­du. Ədə­biy­yat­şü­nas-alim ­Ya­şar Qa­ra­yev bu mə­qa­mı də­qiq xa­rak­te­ri­zə edib: “…onun ifa­sın­da və ic­ra­sın­da si­ya­sət də sə­nət, si­ya­sət­çi də sə­nət­kar sə­viy­yə­si­nə qal­xa bi­lir. Da­ha doğ­ru­su, si­ya­sət­çi də sə­nət­ka­ra çev­ri­lir, fi­lo­sof tə­cəs­sü­mü, mü­tə­fək­kir ob­ra­zı, alim sta­tu­su ala bi­lər. Bü­tün bun­lar Hey­dər Əli­ye­vin fəa­liy­yə­tin­dən həm də bir sə­nət və sə­nət­kar­lıq ha­di­sə­si ki­mi da­nış­ma­ğa im­kan ve­rir…”

“Mən hə­yat­da yal­nız üç şe­yə ar­xa­lan­mı­şam: Ya­ra­da­nı­ma, zəh­mə­ti­mə və bir də xal­qı­­ma”, – de­miş­di çı­xış­la­rı­nın bi­rin­də Hey­dər Əli­yev. Xal­qın də­yər­lə­ri, dü­nə­ni, keç­mi­şi onun üçün döv­lə­ti ida­rə­et­mə struk­tu­ru­nun epi­sent­rin­də da­ya­nan amil­lər idi. Həm çı­xış­la­rın­da, həm də şa­ir-ya­zı­çı­lar­la olan gö­rüş­lə­rin­də bu mə­qa­ma diq­qət yö­nəlt­mə­yi se­vir, qə­ləm əh­li­ni, zi­ya­lı­la­rı da bu mə­qa­ma həs­sas ya­naş­ma­ğa ça­ğı­rır­dı.

Hey­dər Əli­yev ədə­biy­ya­tı! Bu fakt­dır, ta­rix­dir, ha­mı­mı­zın ke­çib gəl­di­yi, dü­rüst­lü­yü­nə va­qif ol­du­ğu­muz ger­çək­lər sı­ra­sı­dır. Ne­cə ki, bü­töv bir epo­xa ya­zar­lar nəs­li öz ya­ra­dı­cı­lı­ğın­da Hey­dər Əli­yev dü­ha­sı­nın ro­lu­nu dö­nə-dö­nə vur­ğu­la­mış, sə­mi­mi eti­raf an­la­rın­dan tut­muş alt-fəl­sə­fə mə­qam­la­rı­nın iş­lən­di­yi yer­lə­rə qə­dər bu dü­ha­nın ro­lu­nu önəm­sə­mə­yə ça­lış­mış­lar.

Heydər Əliyev “Zamanı”ı! O, nəinki dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu, həmçinin sözümüzün “yaddaş sirri”nə çevrilən, cə­miy­yə­ti­miz­lə ba­həm ədə­biy­yat­da da baş­la­nan ye­ni epo­xa­nın tə­mə­li­ni qo­yan, onun gə­liş­mə­si­nə tə­kan ve­rən tarixi şəx­siy­yət­ kimi seçilməyi bacardı. Bu ali statusu Hey­dər Əli­yev öz ömür bi­oq­ra­fi­ya­sı ilə qazandı. Ona gö­rə han­sı ra­kurs­dan ya­na­şıl­sa, han­sı sə­viy­yə­də bə­dii tə­cəs­sü­mün pred­me­ti­nə çev­ril­sə be­lə son­da göz­lə­ri­miz önün­də bö­yük əqi­də və amal da­şı­yı­cı­sı olan ey­ni Ob­raz can­la­nır. Tər­cü­me­yi-ha­lı­nı məs­lə­ki­nin ifa­də­si­nə çe­vir­miş Hey­dər Əli­yev ob­ra­zı… Zaman keçir, bu gün Azərbaycanda inkişaf edən, qurulan, böyüyən, intişar tapan hər şeydə, eləcə də zəfər təntənəsini yaşayan Azərbaycanın hər qarışında Hey­dər Əli­ye­vin qırx illik siyasi ya­ra­dı­cı­lı­ğının möhkəm təməlləri görünür. Bəli, “zaman - əbədi davam edən keçmiş deməkdir”. Amma yalnız tarixə və yaddaşa çevrilən keçmiş bütün zamanlarda “var” olmaq gücünü saxlayır, əbədiləşir və həyatın sonrakı axarına daxil olur. Dahi şəxsiyyət Heydər Əliyev ömrü kimi!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO