sonnoqte.az
Xəbər başlıqları
  • 13:23 – İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 

Çingiz İsgəndərov: Heç kim qanundan üstün ola bilməz

25-07-2022, 14:21 179 dəfə baxılıb



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərovdur.

Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Çingiz İsgəndərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Çingiz İsgəndərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Çingiz İsgəndərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Çingiz İsgəndərovdan danışdılar yaxşı ki, Çingiz İsgəndərov Şabran Rayon Məhkəməsinin sədridir… Çingiz İsgəndərov öz isguzarlığı ilə tanınır və seçilir….

Çingiz İsgəndərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Çingiz İsgəndərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Çingiz İsgəndərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Çingiz İsgəndərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Çingiz İsgəndərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Çingiz İsgəndərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şabran Rayon Məhkəməsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Çingiz İsgəndərov özünü doğruldub. Bizdə hörmətli Çingiz İsgəndərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin uğurlu inkişafından, qarşıya qoyulan vəzifələrin icrasından söhbət açıldı. Bildirildi ki, xarici siyasətimiz çox fəal olub, ölkəmizin nüfuzu artıb. Azərbaycan Respublikasının Prezidenti müşavirədəki çıxışında xüsusi olaraq qeyd etdi ki, bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur: “Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir”.

Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəf hələ ki, belə bir addım atmayıb. Bu günədək Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit olunmuş məsələlərin icrasından boyun qaçırır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı olduğu halda bu günə kimi bu imkan yaradılmayıb, eləcə də Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bütün bunların müşavirədə bir daha diqqətə çatdırılması o deməkdir ki, Azərbaycan dövləti Ermənistan rəhbərliyinə xatırladır ki, biz öz mövqeyimizi sonadək davam etdirəcəyik. Həm Ermənistan rəhbərliyi, həm də müxalifətdə olan bir sıra revanşist qüvvələr son dövrdə hansısa statusdan danışır. Prezident bununla bağlı deyib: “Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm”.

Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti mövqeyidir. Həmçinin Prezidentin “Zəngəzur üçün status tələb edə bilərik” fikri Ermənistan üçün soyuq duş effekti yaratdı. Ermənistan və onun havadarları bundan sonra status məsələsi ilə manipulyasiya edəcəkləri halda daha ağır duruma düşə bilərlər. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib, onun bütün çağırışlarını yerinə yetirməyə hazırdır. 44 günlük müharibə bunun bariz nümunəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO