sonnoqte.az
Xəbər başlıqları
  • 11:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 13:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 13:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 12:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO

Bu gün, 09:59 2 dəfə baxılıb

Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO


II Qarabağ müharibəsi zamanı şəhid olan kapitan Əliyev Rəşad Əmiralı oğlunun həyat yoldaşı Rəfiqə Əliyeva tələbə adını qazanıb.

Məlumata görə, Rəfiqə Əliyeva Azərbaycanın ali təhsil müəssisələrindən birinin “İqtisadiyyat” ixtisasına qəbul olub.

Qeyd edək ki, Kapitan Rəşad Əliyev 2020-ci il noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. O, sağlığında orduda qüsursuz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" III dərəcəli medalı , "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.//Manşet.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO