sonnoqte.az
Xəbər başlıqları
  • 11:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 13:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 13:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 12:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər

Bu gün, 11:41 3 dəfə baxılıb

Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər


Ermənistan Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendumun keçirilməsinə hazırlığa başlamağı planlaşdırır. 

“İnterfaks” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında danışıb. 

Onun sözlərinə görə, Aİ-yə üzvlüklə bağlı referendum quruma ərizə təqdim edildikdən, müvafiq reaksiya alındıqdan və prosesin “yol xəritəsi” razılaşdırıldıqdan sonra keçiriləcək:

“Referendumun təşkil edilməsi üçün Ermənistan Aİ-yə üzvlüklə bağlı rəsmi ərizə ilə müraciət etməlidir. Bu, böyük iş tələb edən prosesdir və yaxın gələcəkdə, xüsusən də Avrasiya İqtisadi İttifaqındakı həmkarlarımızın çağırışlarına qulaq asaraq, bu prosesə başlayacağıq”.

Bununla belə, Paşinyan ərizənin təqdim edilməsi ilə bağlı konkret tarixlər açıqlamayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO