sonnoqte.az
Xəbər başlıqları
  • 11:33 – Onlar general-leytenant oldu - Sərəncam 
  • 11:23 – DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı 
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:29 – Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar 

Valideynlərin diqqətinə: Ucuz məktəbli formaları ilə bağlı çağırış — VİDEO

Bu gün, 09:00 5 dəfə baxılıb

Valideynlərin diqqətinə: Ucuz məktəbli formaları ilə bağlı çağırış — VİDEO


Məktəblərin açılmasına sayılı günlər qalıb. Valideynlər artıq həyəcan və təlaş içində övladlarının məktəb hazırlıqlarına başlayıblar.

Marketlərdə və geyim mağazalarında müxtəlif qiymətlərə - 1, 5, 10, 20 manata və daha yüksək məbləğlərə məktəbli geyimləri almaq mümkündür.

Bəs məktəbli formalarının qiymətlərinin bu qədər fərqlənməsinin səbəbi nədir?

"Bakı Tikiş Evi"nin satış şöbəsinin müdiri Etibar Əzimov valideynlərə fabrik istehsalı olan məhsullara üstünlük verməyi tövsiyə edir:

"Rəsmi müəssisələrin istehsal etdiyi malları almaq lazımdır. Vağzalda, bazarda məktəb forması alan adam bilməlidir ki, orada heç bir standarta uyğun olmayan, mənşəyi bilinməyən, keyfiyyətsiz mallar satışa çıxarılır. Biz zəmanət veririk ki, satdığımız malların nə rəngində, nə də özündə heç bir dəyişiklik olmayacaq. Qiymətin ucuz olmasının səbəbi məlumdur - həmin məhsulların heç bir sertifikatı yoxdur, keyfiyyətsizdir və kilo ilə alınmış mallardır. Ona görə də ucuz satılır. Şalvar və ətəklər bizdə endirimdədir. Keçən ildən 15 manata endirmişik.

Poloların qısaqolluları 12 manat, uzunqolluları 14 manatdır. Jaketlər əvvəl 30 manat idi, sonra 25 manat oldu, indi isə 20-22 manat arasındadır".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO