Yevlaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Ötən gecə saat 1 radələrində Yevlax rayon Qaramanlı kənd sakini 1970-ci il təvəllüdlü Süleymanov Tofiq Qaçay oğlu balıq tutmaq məqsədilə su kanalına gedib.
O, Xanabad kəndi ərazisindən keçən hissədə - Yuxarı Şirvan kanalında qayıqla üzərkən idarəetmədə olan qayığın su axınının güclü olduğu bənd istiqamətinə hərəkət etdiyini görərək özünü suya atıb. Nəticədə, həyatını itirib. Meyiti kanalın Ağdaş rayon Şəkili kəndi ərazisindən keçən hissəsində aşkar edilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.