sonnoqte.az
Xəbər başlıqları
  • 11:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 13:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 13:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 
  • 12:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu

Bu gün, 08:46 7 dəfə baxılıb

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu


Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan bir ailədə bu il tələbə sevinci üçqat yaşanıb.

Ana və iki övladı eyni vaxtda ali məktəbə qəbul olunublar. Ana Mirzəyeva Ülkər 39 yaşındadır. O, Sumqayıt Dövlət Universitetinin sosial iş ixtisası üzrə təhsil alacaq. Övladları Məryəm və Mövlud da yüksək bal toplayaraq qəbul imtahanlarında uğur qazanaraq tələbə adını əldə ediblər.

Qızı Mirzəyeva Məryəm 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Oğlu Mirzəyev Mövlud isə 570 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə fakültəsində təhsil alacaq.

Bununla da bir ailənin üç üzvü - ana, qızı və oğulu bu ildən etibarən ali təhsil yoluna birlikdə çıxacaqlar. Məryəm və Mövlud atalarının işi ilə əlaqədar Sabirabad rayonunun Bulaqlı kənd orta məktəbində təhsil alıb. Evdən üç universitetə üç tələbə yollanacaq.

Xatırladaq ki, atalarının işi ilə əlaqədar Məryəm və Mövlud Sabirabadın Bulaqlı kənd orta məktəbindən məzun olublar.\Modern.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO