sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb

11-03-2022, 11:07 235 dəfə baxılıb

İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb


İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb.
 
“Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində yazıb.
 
“Azərbaycanın müxtəlif bölgələrində yerləşən xəstəxanalara 1 tondan çox tibbi ləvazimat bağışladıq. Çünki İsrail və Azərbaycan dostdur və biz bir-birimiz üçün ən yaxşısını istəyirik”, - diplomat bildirib.
 
Səfir vurğulayıb ki, İsrail öz dostları ilə əməkdaşlığa önəm verir: “İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf etməkdə davam edir və xatırlayırıq ki, həyat tərzimizi yaxşılaşdırdıqca ilk növbədə həyatın qayğısına qalmalıyıq. İsrail ictimai səhiyyədə - pandemiyalarla mübarizədə və insanların rifahının real yaxşılaşdırılmasında dünya lideridir. Biz dostlarımızla birlikdə işləməyə hər zaman hazırıq. Çünki hamımızın anaları, ataları və övladları var və onlar ən yaxşısına layiqdirlər. Azərbaycan xalqı bizim üçün önəmlidir. Çünki biz dostuq və bir-birimizin qayğısına qalırıq. Bu gün mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində biz Azərbaycana 1 tondan çox tibbi avadanlıq bağışlayırıq. Bu, sizə, dostlarımıza, Azərbaycan xalqına xidmət etmək üçün ölkədəki xəstəxanalara paylanılacaq. Sizə və ailənizə hər zaman sağlam olmağı arzu edirik”.
 
Səfir tibbi ləvazimatları səhiyyə nazirinin müavini Nadir Zeynalova təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO