sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Hikmət Hacıyev: "İndiki münasibətlərimiz Azərbaycan və Rusiyanın tarixi ənənələrinə uyğundur"

19-11-2021, 10:23 209 dəfə baxılıb

Hikmət Hacıyev: "İndiki münasibətlərimiz Azərbaycan və Rusiyanın tarixi ənənələrinə uyğundur"


"Rusiya-Azərbaycan Ekspert Şurası iki ölkə arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Rusiya əlaqələrinin tarixi dərin köklərə əsaslanır. Ölkələrimiz arasında dostluq strateji əməkdaşlıq xarakteri daşıyır. Bu da Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün çox mühüm əhəmiyyətə malikdir".

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında deyib.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan tarixi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyün bərpa edib və münaqişəyə son qoyulub. Üçtərəfli bəyanatın əhəmiyyətindən danışan Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Zəfəri ilə regionda yeni reallıq yaradıb.

O bildirib ki, indiki münasibətlərimiz Azərbaycan və Rusiyanın tarixi ənənələrinə uyğundur. Qarşılıqlı fəal əməkdaşlıq inkişaf edir.

Rusiya-Azərbaycan Ekspert Şurasının ikitərəfli münasibətlərin dərinləşməsində böyük rolunu qeyd edən Hikmət Hacıyev Azərbaycan və Rusiya ekspertlərinin əməkdaşlığına üçüncü tərəfin də qoşulacağına inamını ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO