sonnoqte.az
Xəbər başlıqları
  • 10:18 – İlham Əliyev Laçında - FOTOLAR 
  • 11:02 – "Trampın sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" - Prezident 
  • 10:29 – İlham Əliyev Stiv Deynsi qəbul etdi 
  • 10:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 

ABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzalayıb

25-10-2021, 11:33 253 dəfə baxılıb

ABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzalayıb


ABŞ-ın Florida ştatından olan senator Annet Coan Taddeo-Qoldşteyn Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, senator bəyan edib ki, 18 oktyabr tarixini Florida ştatında “Azərbaycanın Müstəqilliyinin Bərpası Günü” olaraq tanıyır.

Amerikalı siyasətçi müstəqilliyin bərpasının 30 illiyi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib və Florida ştatında fəaliyyət göstərən Azərbaycan icmasının fəallığından məmnunluğunu ifadə edib. O, 26 oktyabr 2006-cı ildə yaradılan və diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb. Eyni zamanda ABŞ-da yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını, Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini nəzərə çatdırıb.

Bəyannamə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO