sonnoqte.az
Xəbər başlıqları
  • 13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 11:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 
  • 11:10 – Prezident xalqa müraciət edir - Video 
  • 13:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 

Zakir Həsənov Pakistana başsağlığı verdi

16-09-2021, 10:54 356 dəfə baxılıb

Zakir Həsənov Pakistana başsağlığı verdi


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir: "Cənubi Vəziristan əyalətinin Asman Manza bölgəsində kəşfiyyat əsaslı antiterror əməliyyatı zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO