sonnoqte.az
Xəbər başlıqları
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 
  • 12:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Vilayət Eyvazov Vətən müharibəsi iştirakçısına yeni rütbə verdi - FOTO

14-07-2021, 13:29 307 dəfə baxılıb

Vilayət Eyvazov Vətən müharibəsi iştirakçısına yeni rütbə verdi - FOTO


Azərbaycanlı döyüş samboçusu, MMA idmançısı Bəxtiyar Abbasova polis kapitanı rütbəsi verilib. 

Oxu.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işləyən B.Abbasova bu rütbə vaxtından əvvəl təqdim olunub. 

Səbəb onun Vətən müharibəsinin ilk günlərindən sonadək döyüşlərdə iştirakıdır. Abbasov polis zabiti olsa da, sentyabrın 29-dan könüllü şəkildə Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 

Qeyd edək ki, Bəxtiyar Abbasov 2008-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı, 2016-cı ildə isə fəxri fərmanla təltif olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO