sonnoqte.az
Xəbər başlıqları
  • 10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 09:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 
  • 11:08 – Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu 
  • 09:26 – İlham Əliyev "Avaza" Kompleksində 

Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər - FOTO

Bu gün, 09:24 12 dəfə baxılıb

Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər - FOTO


Dünyaca məşhur "Most Traveled People" klubunu təmsil edən beynəlxalq səyyahlar qrupu Azərbaycanın Zəngilan rayonuna səfər edib.
 "Report"  xəbər verir ki, səyyahlar Zəngəzur dəhlizinin ərazisində olublar.
Səfər zamanı nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin etmək məqsədi daşıyan və Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihəsi barədə məlumat verilib.

Qeyd edək ki, bu gün "Most Traveled People" klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər də daxil olmaqla, 13 ölkədən 40-a yaxın şəxs var.

Bu, 2021-2026-cı illər ərzində aparıcı beynəlxalq səyyahlar klublarının Qarabağa və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.

Bu cür səfərlər xarici səyyahlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmaq imkanı verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO