sonnoqte.az
Xəbər başlıqları
  • 12:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 11:08 – Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu 
  • 09:26 – İlham Əliyev "Avaza" Kompleksində 
  • 08:37 – İlham Əliyev Türkmənistana gedib 

Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran

Bu gün, 09:01 11 dəfə baxılıb

Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran


İranın silah istehsal gücü uzunmüddətli hərbi əməliyyatların ehtiyaclarını ödəməyə yetəcək qədərdir.

Bunu İran Müdafiə Nazirliyinin sözçüsü Reza Talai-Nik övlət televiziyasına verdiyi müsahibədə deyib: "Hazırda istehsal sistemimiz uzunmüddətli və davamlı müharibə aparmaq üçün lazımi gücə malikdir".

Onun sözlərinə görə, ABŞ-a qarşı hərbi əməliyyatlar başlayandan ölkədə silah istehsalının həcmi 2,5 dəfə artıb. Reza Talai-Nik iddia edir ki, ölkə əvvəlcədən təhlükəsiz ehtiyat istehsal sahələri hazırlayıb və hərbi istehsalın bir gün belə kəsilməməsini təmin edib.
Ordu rəsmisinin sözlərinə görə, təxminən 9000 şirkət hərbi istehsal prosesinə könüllü olaraq qoşulub.
O qeyd edib ki, Müdafiə Nazirliyinin mütəxəssisləri raket sistemi ekipajları, PUA bölmələri, dəniz və hava qüvvələri qüvvələri ilə əməkdaşlıq edərək, ortaya çıxan təhdidlərə cavab olaraq silah və avadanlıqları modernləşdirmək üçün döyüş təcrübəsindən istifadə edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO