sonnoqte.az
Xəbər başlıqları
  • 10:42 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 09:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 
  • 11:08 – Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu 
  • 09:26 – İlham Əliyev "Avaza" Kompleksində 

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi

Dünən, 09:11 20 dəfə baxılıb

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi


Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə növbəti paylaşımı ilə diqqət çəkib. Hökumət başçısı bu dəfə də izləyicilərini Azərbaycan mahnısının sədaları altında salamlayıb.

İdman geyimində, kaska və xüsusi eynəkdə olan Paşinyan gecə saatlarında velosipedlə rəngarəng fəvvarələrin qarşısından keçərkən özünü videoya çəkib. Görüntülərdə diqqət çəkən məqam isə arxa fonda azərbaycanlı müğənni Zeynəb Həsəninin ifa etdiyi məşhur “Aram-aram” mahnısının səslənməsi olub.

Videonun sonunda velosipeddən enərək kameraya doğru əyilən Ermənistanın baş naziri hər iki əli ilə ürək işarəsi göstərib və izləyicilərinə sevgisini ifadə edib. O, paylaşımına erməni dilində “Sabahınız xeyir! Sizə gözəl gün arzulayıram və hamınızı sevirəm” sözlərini əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO