sonnoqte.az
Xəbər başlıqları
  • 12:56 – İlham Əliyev sərəncam imzaladı 
  • 13:44 – İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib 
  • 10:57 – Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar 
  • 12:43 – Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB 

Lukaşenko: “Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz”

14-04-2021, 12:50 323 dəfə baxılıb

Lukaşenko: “Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz”


Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz.
Oxu.az məlumatına görə, Belarus Prezidenti Aleksandr Lukaşenko bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“Yəqin ki, görüşümüz müəyyən dərəcədə bütün bu hadisələrin (pandemiya və sair) fonunda bir refren kimi səslənəcək. Ancaq əsl dostlar vaxtında keçirilməsi lazım olan tədbirləri təxirə salmırlar. Heç bir pandemiya bunun qarşısını ala bilməz”, - deyə Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, ölkələr siyasət və iqtisadiyyatdakı münasibətləri diversifikasiya edib və bu münasibətləri heç nə çətinləşdirməyib.

“Biz heç kimə mane olmuruq, heç kim də bizə mane olmağa çalışmır. Çünki bir şey etmək istəsən, bunun qarşısını almaq çətindir”, - deyə dövlət başçısı vurğulayıb.

Keçən il Belarus ilə Azərbaycan arasında ticarət dövriyyəsi yarım milyard dollara yaxınlaşıb. Lukaşenkonun sözlərinə görə, bu dinamika baxımından yaxşı bir nəticədir.

“Siyasi münasibətlərimizə gəldikdə, nəyin əskik olduğunu söyləmək çətindir. Mükəmməl münasibətlərimiz var və həmişə bununla qürur duymuşam. Sovet İttifaqından bəri hər istiqamətdə ən isti münasibətləri bərpa etmişik”, - deyə prezident vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO