sonnoqte.az
Xəbər başlıqları
  • 20:09 – Prezident məmurlara tapşırıq verdi 
  • 11:16 – Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 

Avropa Parlamentinə açıq çağırış: Qərbi azərbaycanlıların haqqını...

Dünən, 09:22 3 dəfə baxılıb



Qərbi Azərbaycan İcması Avropa Parlamentində bir qrup deputatın Azərbaycanla bağlı səsləndirdiyi bəyanata münasibət bildirib.

 İcma yayımladığı açıqlamada bəzi avropalı parlamentarilərin “erməni məhbusların azad olunması” ilə bağlı çağırışını qərəzli və birtərəfli mövqe kimi qiymətləndirib.

Bəyanatda vurğulanır ki, Ermənistanın uzun illər Azərbaycan ərazilərini işğal etməsi, həyata keçirilən etnik təmizləmə siyasəti və törədilmiş hərbi cinayətlər fonunda yalnız bir istiqamətli yanaşma ədalət prinsipinə ziddir. İcma hesab edir ki, ədalət təmin olunmadan regionda davamlı və möhkəm sülhün əldə edilməsi mümkün deyil.

Açıqlamada qeyd olunur ki, son günlər azadlıqdan məhrum edilən erməni əsilli şəxslər ötən əsrin sonlarından etibarən “miatsum” ideologiyasının daşıyıcıları və icraçıları olublar. Bu ideologiyanın Cənubi Qafqazı uzun illər qarşıdurma və faciələrə sürüklədiyi, yüz minlərlə qərbi azərbaycanlının ata-baba yurdlarından deportasiyası ilə nəticələndiyi bildirilir.

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin üzvlərini Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, Ermənistandan deportasiya olunmuş qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına ictimai dəstək verməyə çağırıb.musavat.com

Bəyanatda vurğulanır ki, tarixi ədalətin bərpası və qərbi azərbaycanlıların hüquqlarının tanınması bölgədə real barışığın əsas şərtidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO