sonnoqte.az
Xəbər başlıqları
  • 16:00 – Prezidentin xarici siyasəti xalqın gözündə 
  • 13:32 – İlham Əliyevlə Paşinyanın görüşü - Razılıq əldə edilib - VİDEO 
  • 08:51 – Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU 
  • 08:47 – İlham Əliyevin Paşinyanla görüşü başladı - İLK GÖRÜNTÜLƏR 

Ərdoğan sabah Xankəndinə gələcək

3-07-2025, 12:53 9 dəfə baxılıb

Ərdoğan sabah Xankəndinə gələcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün iyulun 4-də Xankəndinə gələcək.

Bu barədə Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

O qeyd edib ki, “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Yeni Baxışı” mövzusuda keçiriləcək zirvə toplantısında əsas olaraq iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və Təşkilatda islahat kimi məsələlər üzrə üzv ölkələr arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.

"Ərdoğan zirvə iclasında çıxış edəcək və liderlərlə görüşlər keçirəcək. Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək", - deyə F.Altun əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO