sonnoqte.az
Xəbər başlıqları
  • 13:27 – İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 

Prezident tapşırdı - Qırğızıstana 10 “KamAZ” göndərildi

22-03-2025, 10:10 55 dəfə baxılıb

Prezident tapşırdı - Qırğızıstana 10 “KamAZ” göndərildi


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasına təmənnasız olaraq maddi-texniki yardım göndərilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.

Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir.

Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO