19:03 – Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN
12:21 – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi
11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident
10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb”
İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - VİDEO
10-04-2023, 12:32
131 dəfə baxılıb
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim ediliblər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Astanada rəsmi qarşılamanma mərasimi keçirilib.
Həmin görüntüləri təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: