11:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir
10:07 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız”
09:54 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq”
09:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
Ərdoğanın Şuşada qarşılanma mərasimi - Video
15-06-2021, 14:57
375 dəfə baxılıb
Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub.
"Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: