sonnoqte.az
Xəbər başlıqları
  • 11:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 10:07 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 09:54 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 09:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi

Bu gün, 12:02 6 dəfə baxılıb

İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi


Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilmişdir.

Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülmüşdür.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO