sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir 
  • 12:58 – Prezident onu yenidən icraçı direktor təyin etdi 
  • 10:40 – Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR 
  • 10:32 – İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR 

Marsda həyat üçün şərtlərin mövcud olduğu müəyyən edilib

27-04-2021, 09:33 254 dəfə baxılıb

Marsda həyat üçün şərtlərin mövcud olduğu müəyyən edilib


Astrobioloqlar Marsın nüvəsinin enerji və lazımi bütün maddələrlə təmin edəilərək mikrob həyatını dəstəkləyə biləcəyini kəşf ediblər.
Bu barədə “Astrobiology” jurnalında dərc olunan məqalədə bildirilir.

Mütəxəssislər Marsın səthindən qoparaq Yerə düşən meteoritlərin kimyəvi tərkibini analiz ediblər.

Bu qayaların daim su ilə təmasda olacaqları təqdirdə Yerin dərinliklərində yaşayan və Günəş tərəfindən işıqlandırılmayan bənzər mikroorqanizmlərin həyatı üçün vacib olan yan birləşmələr istehsal edə biləcəkləri müəyyənləşib.

Alınan məlumatlar Qırmızı Planetin nüvəsinin canlılar üçün potensial olaraq uyğun olduğunu göstərir.

Bir neçə fərqli Mars meteoritində tədqiqatlar zamanı onların tərkibində torium, uran və kalium kimi radioaktiv elementlərin, həmçinin sulfatlara çevrilə bilən sulfid mineralları və suyu tutmaq üçün kifayət qədər məsamə sahəsi olan süxurların olduğunu göstərir. Bu, Marsın həyatın mövcudluğu üçün uyğun şərtlərə sahib ola biləcəyini təsdiqləyib.

Elm aləminə məlumdur ki, əvvəllər Marsda aktiv yeraltı su sistemi mövcud olub və yeraltı suyun bu gün də mövcud olduğunu düşünməyə əsas var. (oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO