sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır

19-07-2022, 11:51 161 dəfə baxılıb

Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır


“Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır.”

“Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib.

“Müharibə nəticəsində ER Silahlı Qüvvələrinin bir sıra bölmələri  kömək etmək üçün Qarabağa daxil olub. Atəşkəsdən sonra onlar Ermənistana qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq ”- Qriqoryan deyib. 

O eyni zamanda əlavə edib ki, atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsindən sonra  erməni hərbi bölmələrinin  oradan çıxarılması tamamilə təbiidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti iyulun 15-də keçirdiyi müşavirədə bu məsələ ilə bağlı öz ciddi xəbərdarlıq mesajını həm İrəvanın, həm də bölgədə sülhməramlı missiyasını həyata keçirən Rusiyanın diqqətinə çatdırıb.

Bu məsələ eyni zamanda Tbilisi də Azərbaycan və Ermənistan XİN başçılaırnın görüşündə müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO