sonnoqte.az
Xəbər başlıqları
  • 13:25 – Prezident bu sənədləri təsdiq etdi 
  • 09:40 – DİN-in Hərbi İnstitutunda təntənəli mərasim - Fotolar 
  • 09:23 – Prezidentlər onların evinə getdi - Video 
  • 19:21 – Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib YENİLƏNİB - 6 

Bu ölkələr pandemiyanı bitirir: COVID testi müsbət olanlar karantində qalmayacaq

11-02-2022, 15:00 243 dəfə baxılıb

Bu ölkələr pandemiyanı bitirir: COVID testi müsbət olanlar karantində qalmayacaq


İngıltərənin baş Naziri Boris Conson koronavirus pandemiyası ilə bağlı  müsbət çıxışlar edib.

Ötən gün Britaniya parlamentində çıxış edən Conson  bildirib ki, tendensiya davam edərsə, martın 24-dək davam edəcək mövcud məhdudiyyətlər bir ay əvvəldən ləğv edilə bilər. O həmçinin söyləyib ki, koronavirus testinin nəticəsi müsbət çıxanlar üçün beş günlük karantin tələbi də qaldırılacaq.

İngiltərə hökumətinin fevralın 21-də "COVID ilə yaşamaq" strategiyasını açıqlayacağı gözlənilir.

Digər tərəfdən, İngiltərəyə gələnlər üçün tətbiq edilən qaydalar da yumşaldılıb. Bu gündən ölkəyə gələcək peyvənd olunmuş şəxslərdən PCR testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün karantinə girmə öhdəliyi aradan qaldırılacaq, lakin test tələb olunmağa davam edəcək.

ABŞ-ın bəzi ştatları da karantin qaydaları yüngülləşdirir. Xəstəliklərə Nəzarət və Monitorinq Mərkəzi (CDC) tövsiyələrini dəyişməsə də, Nyu York, Kaliforniya və Massaçusets kimi ştatlar qapalı məkanlarda maska və peyvənd tələbini qaldırdıqlarını elan edib. Bu gündən etibarən Nyu Yorkdakı müəssisələrdə maska taxmaq artıq məcburi deyil. Martın əvvəlində məktəblərdə maska tələbinin aradan qaldırılması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO