11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Həkimdən şok iddia: “Bəzi şəxslər peyvəndin ikinci dozasından sonra...” - VİDEO
24-04-2021, 18:07
361 dəfə baxılıb
Hazırda vaksinasiya prosesi ürəkaçan səviyyədə deyil.
Bunu “ARB24”ün “Nə baş verir?” verilişinə açıqlamasında professor Adil Qeybulla deyib.
“Peyvəndin zamanında bizə verilməməsi, onun ölkələr arasında bərabər bölünməməsi və s. kimi səbəblər nəticəsində bu hal müşahidə olunur. Bundan başqa vətəndaşlara da peyvənd olunması üçün rahat şərait yaradılmalıdır. Bu işin təşkilində ABŞ və digər ölkələrin modelini tətbiq edərək prosesi intensivləşdirməliyik”.
A.Qeybulla peyvənd vurulan şəxslərin bəzisinin ikinci dozadan sonra belə virusa qarşı immuniteti olmayacağını bildirib:
“Peyvənd vurulan şəxslərin də koronaya yoluxma şansları var. Əvvəllər də qeyd etdiyim kimi, RNT daşıyıcısı olan viruslarda vaksin illüziya inanmamalıyıq. Təmaslar məhdudlaşdırılmalı, maskadan istifadəyə ciddi riayət edilməlidir. Müxtəlif yerlərdə insanlar arasında sıxlıq müşahidə olunur. Onun qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Yoluxma hallarının əksəriyyətini kiminsə çöldə yoluxub, digər ailə üzvlərini də yoluxdurması təşkil edir. Bu səbəbdən ailəvi yoluxma halları üstünlük təşkil edir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: