19:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər
18:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar
14:11 – Zəngəzurdan keçəcək “Tramp Yolu” Orta Dəhlizin bir hissəsi olacaq - Prezident
12:12 – “Biz cəmi 9 aydır ki, sülh şəraitində yaşayırıq”
Kimlərə karantin qaydaları tətbiq olunmaya bilər? - VİDEO
19-03-2021, 11:50
318 dəfə baxılıb
Koronavirusa yoluxduğu təsdiq olunan və 2-ci doza peyvəndi qəbul edən şəxslərə karantin qaydaları tətbiq edilməyəcək. Bu qaydalar Türkiyədə tətbiq olunacaq. Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi karantin qaydalarında müvafiq dəyişiklik edib.
Qaydalara görə, qeyd olunan şəxslər 3 ay müddətində sərbəst hərəkət edə biləcəklər.
Bəs Türkiyədə tətbiq ediləcək bu karantin təcrübəsi Azərbaycanda da həyata keçirilə bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, Türkiyə təcürbəsinin ölkəmizdə tətbiqi daha məqsədəuyğun olar. Çünki vaksinasiyada ilk doza vurulandan 28 gün sonra tam doza vurulur. Ümumilikdə isə, 42 gün sonra insanda virusa qarşı immunitet formalaşır.
Adil Qeybulla deyib ki, belə olduğu təqdirdə həm də insanlarda vaksinasiyaya qarşı maraq daha da artacaq.
Professor hesab edir ki, ölkəmizdə də bu cür qaydalar tətəbiq edilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: