sonnoqte.az
Xəbər başlıqları
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 
  • 10:46 – İlham Əliyev İordaniya Kralını təbrik edib 
  • 11:37 – İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib 
  • 09:00 – Dövlət başçıların İlham Əliyevə təbrikləri davam edir - YENİLƏNİB 

Müşviq Abbasov yalan danışır? - FOTO

24-01-2022, 09:30 321 dəfə baxılıb

Müşviq Abbasov yalan danışır? - FOTO


Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi müzakirələrə səbəb olub.

"Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov növbəti dəfə açıqlama yayıb və adın dəyişdirilmədiyini bildirib.

“Heç kim komandanın adını dəyişməyib. “Şuşa” komandası var və qalacaq. Son iki sutkada keçirdiyim gərgin və mübahisəli görüşlərdən sonra belə qərara gəlindi ki, “Şuşa” komandası Rusiyanın Sankt-Peterbuq şəhərində keçirlən mərkəzi liqalarının birində oynayacaq. Hər şey əladır. Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi” - Müşviq Abbasov bildirib.

Müşviq Abbasovun bu açıqlamasından sonra KVN-in rəsmi saytına göz gəzdirdik. Qısa araşdırma zamanı məlum oldu ki, komandanın adı rəsmi saytda “Şuşa” kimi yox, “Buta” olaraq təqdim edilir.

Azərbaycanı təmsil edən “Buta” 22 komandanın iştirakı ilə Premyer Liqada çıxış edəcək komandaların siyahısında göstərilib. Bu liqanın oyunları isə telekanallar vasitəsilə yayımlanmır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO