sonnoqte.az
Xəbər başlıqları
  • 10:29 – Prezident bu şəxsləri təltif etdi - SİYAHI 
  • 09:54 – “Bu, çox gözəl hadisədir” - İlham Əliyev 
  • 09:50 – “Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliklərini təmin edirlər” 
  • 09:37 – Prezident “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir 

Mikayıl Müşfiqlə bağlı analiz yekunlaşdı, qalıqlar ona aiddir?

5-06-2024, 12:27 74 dəfə baxılıb

Mikayıl Müşfiqlə bağlı analiz yekunlaşdı, qalıqlar ona aiddir?


“Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində DNT analizləri aparılıb, həmən qalıqların ona aid olmadığı təsdiqlənib”.

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

O bildirib ki, nakam şairə aid olması ehtimal edilən aşkar olunmuş bütün sümük qalıqları üzərində DNT analizləri aparılıb: “Bu analizlərin heç biri heç biri təsdiqini tapmadı. Tapılan qalıqların heç biri Mikayıl Müşfiqə aid olmadı”.

Ədalət Həsənov onu da vurğulayıb ki, Mikayıl Müşfiqin sümük qalıqları bu günə qədər hələ aşkar edilməyib.

Qeyd edək ki, bir neçə il əvvəl Qaradağ rayonu Puta qəsəbəsində Mikayıl Müşfiqə aid olması iddia edilən meyit qalıqları aşkarlanıb.

Xatırladaq ki, bu gün nakam Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO