sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

DÇ-2026: Mərakeş Niderlandı məğlub edərək 1/8 finala çıxıb

30-06-2026, 08:28 32 dəfə baxılıb

DÇ-2026: Mərakeş Niderlandı məğlub edərək 1/8 finala çıxıb


2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Apasport xəbər verir ki, pley-off mərhələsində Niderland və Mərakeş milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayıb.

Oyunda hesab 72-ci dəqiqədə açılıb. Kodi Qakpo Niderlandı önə keçirən qolu vurub. 90+1-ci dəqiqədə İssa Diop hesabı 1:1 edib və matç əlavə vaxta gedib.

Artırılan hissələrdə də tarazlıq pozulmayıb və qalib penaltilər seriyasından sonra bəlli olub.

Penaltilər seriyasında daha dəqiq oynayan Mərakeş millisi adını 1/8 finala yazdırıb: 3:2.

Afrikalılar bu mərhələdə Kanada ilə qarşılaşacaqlar.

DÇ-2026
1/16 final
30 iyun
05:00. Niderland – Mərakeş 1:1

Qol: K. Qakpo, 72, İ. Diop, 90+1

Niderland: Verbruggen, van Heke, van Deyk, Ake, Dumfris, Qravenberx, de Yonq, van de Ven, Sammervill, Qakpo, Brobbi

Mərakeş: Bono, Mazraui, Riad, Diop, Hakimi, Buaddi, Əl Aynaui, Əl Hannus, Unahi, Dias, Saybari.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO