sonnoqte.az
Xəbər başlıqları
  • 10:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 
  • 12:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 11:40 – Daşaltı kəndinin fonunda - Fotolar 

Kənd təsərrüfatına 2 milyard manata yaxın vəsait ayrılacaq

Bu gün, 11:19 2 dəfə baxılıb

Kənd təsərrüfatına 2 milyard manata yaxın vəsait ayrılacaq


“Kənd təsərrüfatı sektoru qeyri-neft sektorunun prioritet sahələrindən biri qismində çıxış edir və hər il dövlət büdcəsindən qeyd edilən sahəyə subsidiya, güzəşt və digər dəstək alətləri vasitəsilə əhəmiyyətli dövlət dəstəyi göstərilir”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2026-cı ilin 25 may tarixli Sərəncamla “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

“Sözügedən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biridir. Bildirmək istərdim ki, Dövlət Proqramının maliyyələşdirilməsi məqsədilə 2026-2030-cu illərdə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO