sonnoqte.az
Xəbər başlıqları
  • 10:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 
  • 12:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 11:40 – Daşaltı kəndinin fonunda - Fotolar 

Seçkidə Paşinyana “HƏ”, referendumda “YOX”? – KRİTİK dövr

Bu gün, 14:22 2 dəfə baxılıb

Seçkidə Paşinyana “HƏ”, referendumda “YOX”? – KRİTİK dövr


Ermənistanın baş naziri Nikol Paşinyan maraqlı bir etiraf edib. Deyib ki, əvvəllər yanlış olaraq Azərbaycan və Türkiyənin Ermənistanı yox etmək niyyətində olduğuna inanıb. Sitat: “Məhz onda anladım ki, biz konseptual olaraq səhvə yol veririk. O zaman həm də düşünürdük ki, kimsə gəlib bizi bu təhlükədən qoruyacaq. Elə həmin vaxt bütün siyasi formulalarımız dəyişdi və təhlillərin nəticəsində qaldırdığınız sualların demək olar ki, hamısına cavab verən “Real Ermənistan” ideologiyası yarandı”.

Baş nazir əlavə edib ki, yeni konsepsiya yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə əsaslanır. Yəni ki, əlində olan qanuni ərazilərə qane olmaq məsələsi. Hansı ki, yüz ildən çoxdur qonşu toplum bunu anlamaq istəmir və “böyük Ermənistan” xülyası ilə yaşayır. Bu arada erməni revanşist politoloq Vladimir Poqosyan nə deyib ki, 7 iyun seçkilərində hakim partiyaya səs verənlərin 92 faizi yeni konstitusiyanın əleyhinə səs verəcək. Yəni ki, Azərbaycan və Türkiyə ilə sülhə “hə”, yeni konstitusiyaya - “yox”? Bu, necə ola bilər? Poqosyan nə dərəcədə haqlı? Doğrudanmı bu xalq müharibə konstitusiyasından imtina etməyəcək?

Professor Qabil Hüseynli referendumun keçiriləcəyinə inanır. Onun qənaətinə görə, cüzi fərqlə də olsa, yeni konstitusiya qəbul olunacaq: "Razıyam ki, risklər var. Son seçkilər də hakim partiyanın böyük səs faizi almadığını bir siqnal kimi çatdırdı. Müxalifətin təsiri, passiv təbəqə rol oynadı. Halbuki hakim partiya 60-65 faiz səs almalıydı. Lakin təkbaşına hökuməti qurmaq imkanı qazandı. İndi referenduma getmək üçün imza toplanacaq. Paşinyanın başqa yolu yoxdur. Bu istiqamətdə isə təbliğatı gücləndirməlidir. Seçkilərdən yeni çıxan cəmiyyəti dərhal referenduma aparmaq çətindir. Hazırda həm siyasi qüvvələrdə yorğunluq var, iqtidar özü də böyük enerji sərf edib, həm də xalqı rahat buraxıb fasilə vermək lazımdır. Paşinyan elə bir təbliğat kampaniyası qurmalıdır ki, yeni konstitusiya milli maraqlardan imtina kimi qəbul olunmasın. Erməni cəmiyyəti isə bu xəstəlikdən tam sağalmayıb".

Mütəxəssis ümid edir ki, payızda ümumxalq səsverməsi olacaq: "Çox yubatmaq da olmaz. İlin axırına kimi yekun sənədə qol çəkilməlidir. Tramp da bunu gözləyir. Regionda hər an dəyişiklik ola bilər deyə tələsmək lazımdır. Xüsusən də ermənilər buna can atmalıdır. Cəmiyyət başa düşməlidir ki, yeni konstitusiya onun suverenliyinə təminatdır, dayanıqlı sabitlikdir. Ermənilər Qarabağ məsələsindən əl çəkməsələr, başları həmişə ağrayacaq. Çünki ətrafda bu problemin gələcək nəsillərə qalmasını istəyən mərkəzlər var. Onlar istəmir ki, yeni konstitusiya qəbul olunsun. Bu halda de-yure ərazi iddiasına son qoyulacaq. Ona görə də ermənilər bu tələdən xilas olmalıdırlar. Onları məhz bundan sonra yaxşı həyat gözləyəcək. Zənnimcə, Paşinyan təbliğatı gücləndirmək, Bakı və Ankara ilə yaxınlaşmanın gətirdiyi iqtisadi faydaları ermənilərə yaşatmaqla onların şüurunda dəyişikliyə nail olacaq. Artıq müəyyən ictimai rəy formalaşır və zaman onların referendumda məntiqli qərar verməsinə gətirib çıxaracaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO